Medianews.az
Vanqanın 2022-ci il üçün yeni QORXUNC FƏLAKƏT proqnozu - İkinci ölümcül virus gələcək
163 baxış

Vanqanın 2022-ci il üçün yeni QORXUNC FƏLAKƏT proqnozu - İkinci ölümcül virus gələcək

Məşhur öngörücü Vanqanın proqnozları yenidən gündəmə gəlib. Medianews.az xəbər verir ki, Vanqanın proqnozları arasında ikinci ölümcül virusun 2022-ci ildə meydana çıxacağı yazılıb. Dünyadakı son xəstəliklər, müharibələr və aclıq qorxusu kahinlərə marağı xeyli artırıb. Əvvəllər bir çox proqnozları düz çıxmış Vanqanın 2022-ci il üçün söylədiyi bu kəhanət də yenidən müzakirələrə yol açıb. "Təbii fəlakətlərin artması" Vanqanın 2022-ci il üçün proqnozlarının başında gəlir. Qeyd edək ki, 2022-ci ildə çoxlu təbii fəlakətlərin baş verəcəyini və onların ölümlərinin artacağını təxmin edən Vanqa daha əvvəl baş vermiş bir çox təbii fəlakətləri də proqnozlaşdırmışdı. Vanqanın proqnozlarına görə, 2022-ci ildə yadplanetlilər insanlarla ünsiyyət qurmağa çalışacaqlar. Onlar həyat axtarmaq üçün yerə meteoritlər göndərəcəklər. Vanqanın ən qorxulu proqnozlarından biri də dünyada yeni ölümcül virusun görünəcəyidir. Vanqa 2022-ci ildə dünyanın ikinci ölümcül virusla sarsılacağını iddia edib. Başqa bir qorxulu proqnoz isə su böhranının 2022-ci ildə başlayacağı və böyük dövlətlərin həll yolu tapmaq üçün hərəkətə keçəcəyidir. Vanqanın 2022-ci il üçün proqnozlaşdırdığı fəlakətlərdən biri də aclıq və quraqlıqdır. Xüsusilə Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyi və çəyirtkə istilası nəticəsində böyük qıtlığın yaşanacağı iddia edilir. Medianews.az

Bizə qoşulun