08.06.2022, 09:51
373 baxış
TURAN
ABŞ bu ölkələrə xəbərdarlıq mesajı verdi: "Almayın"
Son həftələr gündəmdən düşməyən “taxıl böhranı” ilə bağlı diqqətçəkən açıqlamalar verilib.
Medianews.az xəbər verir ki, müharibə başlayandan sonra Kiyev rəhbərliyi Rusiyanın Ukraynaya məxsus taxılları ələ keçirdiyini və bəzi ölkələrə sataraq gəlir əldə etdiyini iddia edirdi. Vaşinqton administrasiyası bu iddianı dəstəklədiyi halda, ABŞ -ın aparıcı qəzetlərindən biri olan Wall Street Journal-a danışan diplomatdan diqqətəlayiq bir iddia gəlib..
ABŞ-ın Kiyevin bu məsələ ilə bağlı açıqlamalarını dəstəklədiyini bildirən və adının çəkilməsini istəməyən avropalı diplomat, Ağ Ev rəhbərliyinin son həftələrdə bir çox ölkəyə xəbərdarlıq mesajları göndərdiyini açıqlayıb.
Avropalı diplomatın sözlərinə görə, ABŞ Dövlət Departamenti son həftələrdə bəzi ölkələrin hökumətlərinə Rusiyanın talan etdiyi və Ukraynaya məxsus taxılları qəbul etməyəcəkləri barədə bildiriş göndərib. ABŞ-dan xəbərdarlıq alan ölkələr arasında Türkiyə, Misir, Liviya, Pakistan, Hindistan, Eritreya və Efiopiya da var.
Qeyd edək ki, dünən Türkiyəyə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu məsələnin müzakirə ediləcəyi gözlənilir.
Xatırldaq ki, bazar ertəsi günü Türkiyə və Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dənizdəki limandan daşınmasını bərpa etmək barədə razılığa gəliblər, lakin həm Kiyev, həm də Vaşinqton bu razılaşmada iştirak etməyib.
Leyla, Medianews.az