“Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı”. Bu, 22 il öncə eyni kollektivdə - “Yeni Müsavat”da birgə çalışdığımız Azər Qaraçənlinin “Ay Laçın” başlıqlı yazısının ilk cümləsidir. Şedevr yazıydı.
Düz 21 il sərasər hər dəfə Laçının işğalının ildönümündə qəzetlər, saytlar bu yazını təkrar-təkrar dərc edərdilər. Təkcə laçınlılar yox, ölkə ərazisinin 20 faizinin işğalda olması faktını ürəyinə salanlar, bunun dərdini edənlər bu yazını yenidən oxuyar, kədərlənərdilər. Ağlayanlar da olurdu. Elələri olurdu, arvad-uşaq yanında ağlamış kimi görünməsin deyə hamam otağına keçir, üzünə iki qoşa ovuc su vurur, gözünün duru yaşını paytaxtın bulanıq texniki suyuna qarışdırır, hıçqırığını içində boğurdu.
Bu ölkədə yalnız bir adam vardı ki, o, il on iki ay efirdə, məclislərdə “Laçınım, Laçınım” deyə ürəyinin dərinliklərindən gələn bir səslə hayqırırdı. Onunku ağlamaqdan da betər idi. Məhəbbət Kazımovun, unudulmaz sənətkarımızın, dağlar oğlunun “Laçınım”ı üsyan idi. Aramızdan elə “Laçınım” deyə-deyə getdi rəhmətlik, yalçın qayalar yurdunun, səmada süzən laçınlar oylağının azad olunduğu günü görmədi. Laçın dərdi apardı onu.
13.10.2021, 08:01
453 baxış
Xalid Kazımlı
Yalçın qayaların üstündə laçın – Berdzor olmaqdan qurtulan Laçın