Medianews.az
ALMAN ALİMLƏR KOSMİK ŞÜALANMADAN ENERJİNİN ALINMASI TEXNOLOGİYASINI ÖYRƏNİBLƏR
296 baxış

ALMAN ALİMLƏR KOSMİK ŞÜALANMADAN ENERJİNİN ALINMASI TEXNOLOGİYASINI ÖYRƏNİBLƏR

Mərkəzi ofisi Berlində yerləşən Neutrino Energy Group şirkəti, şüalanmanın görünməyən spektrinin kosmik hissəciklərindən elektrik enerjisinin alınması üçün NEUTRINOVOLTAIC (Патент WO2016142056A1) texnologiyasının laboratoriya sınaq işlərinin yekunlaşdığını elan edib. Bu ixtiranın əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir, belə ki, bəşəriyyət yaxın gələcəkdə əsasən mədən yanacağının yandırılmasına əsaslanan elektrik enerjisinin generasiyasının mövcud sistemini əvəz edə biləcək elektrik enerjisinin əldə olunması mənbələrinin yaradılmasına ehtiyac duyur. Ona görə də, NEUTRINOVOLTAIC texnologiyası əsasında sıfır СО2 tullantılı yeni Neutrino Power Cube® cərəyan mənbəyinin yaradılması üzərində iş prioritet məsələlərdən biridir.  Neutrino Energy Group şirkəti elan etmişdir ki, yeni cərəyan mənbəyi bir-birindən həm həndəsi, həm də çıxış xarakteristikaları ilə fərqlənən müxtəlif modifikasiyalara malik olacaqdır. Faktiki olaraq söhbət elektrik qurğularının, məişət texnikasının hər bir modifikasiyası üzrə ayrı cərəyan mənbəyinin yaradılmasından, həmçinin elektrik enerjisinin həm ayrı-ayrı ev təsərrüfatları, həm də elektrik enerjisinin sənaye generasiyası üçün istehsalından gedir. Neutrino Power Cube® cərəyanının mənbəyi həm bir, həm də bir neçə özəkdən ibarət ola bilər. Bu hər bir konkret sifarişçi tərəfindən təqdim edilən texniki tapşırıqlardan asılıdır. İqtisadi nöqteyi-nəzərdən optimal olan, baza rejimində işdir, bu vaxt mənbə stabil olaraq ildə 365 gün və 24 saat elektrik enerjisini yaradır. Ancaq baza rejimində iş həmişə müxtəlif sifarişçilərin ehtiyacları üçün uyğun gəlmir. Bu halda, enerji özəkli modulları qoşaraq və ya söndürərək, tələb edilən yüklənmədən asılı olaraq çıxış gücünü artırmaq və ya azaltmaq olar. Manevrli rejimdə işləmə imkanı istehlakçı üçün çox əhəmiyyətlidir. Həmçinin, akkumulyator batareyalarını qoşub, istehsal edilən enerjinin artığını onun yenidən yüklənməsi üçün göndərmək imkanı təqdim edilir. Bu cür iş sxemində pik anlarda qidalanma həm Neutrino Power Cube®-dan, həm də akkumulyator batareyasından gələcəkdir.  Neutrino Power Cube® cərəyan mənbəyinin unikallığı və sadəliyi nədədir? "İşçi element" - metal folqaya qatlarla vurulmuş çox sıx birləşmə materialıdır. Belə qatışdırılmış qrafen və silisiumlu nanoqatlar şüanın müxtəlif növlərinin dəyişməsi üçün, ilk növbədə neytrinonun elektrik cərəyanına çevrilməsi daxil olmaqla, atom vibrasiyalarından istifadə etməyə imkan verir. Qatlar optimal qalınlıqda və həndəsəyə malik olduqda, bu atom vibrasiyaları rezonansa səbəb olur, hansı ki, metal folqaya keçir, və yekun enerji elektrik enerjisinə çevrilir.  Aparıcı alimlərdən ibarət beynəlmiləl komandaya malik tədqiqat işini alman riyaziyyatçısı Xolqer Torsten Şubart koordinasiya edir, o, aşağıdakıları bildirir: “İş prosesində biz təcrübələrin nəticələri ilə verilmiş xarakteristikalarda nanomateriallarının yaradılması sahəsində müasir elmin qabaqcıl nəzəri biliklərini bir yerdə birləşdirməyi bacardıq”. Neutrino Energy Group-un baş direktoru Holqer Torsten Şubart (Holger Thorsten Schubart) və 2015-ci il Fizika üzrə Nobel mükafatı Laureatı professor  Artur MakDonald (Arthur McDonald) Müxtəlif şüa növlərinin təsiri altında cərəyan istehsal edə bilən materialın yaradılması imkanının bilavasitə təsdiqində ETH (İsveçrə Federal Texnologiya İnstitutu (Eidgenössische Technische Hochschule), Sürix) professoru Vanessa Vudun işinin xidməti olmuşdur. Onun tədqiqatlarına əsasən, atom vibrasiyalarını gücləndirəcək nanoölçülü materialları yaratmaq mümkündür. ETH alimləri öz tədqiqatlarına əsasən aşağıdakı nəticəyə gəliblər – “Bütün materiallar vibrasiya edən atomlardan ibarətdir. Bu atom vibrasiyaları, yaxud "fononlar", elektrik enerjisi və istiliyin materiallarda ötürülməsinə cavabdehdir”. Nature jurnalının nəşrində Vanessa Vud və onun həmkarları qeyd edirlər ki, materiallar 10-20 nanometrdən kiçik ölçülərdə istehsal olunduqda, xarci atom qatlarının nanohissəciklərin səthindəki tərəddüdləri böyük olur və materialın “davranışında” əhəmiyyətli rol oynayır. Bu çox vacib nəticədir və NEUTRINOVOLTAIC texnologiyasının əsasına qoyulan, nanoölçülü qalınlığa malik metal daşıyıcıda qat-qat birləşmə örtüyünün xüsusiyyətlərini təsdiq edir, hansı ki, şüanın görünməyən spektrinin hissəciklərinin enerjisini elektrik enerjisinə çevirə bilir. Qeyd etmək lazımdır ki, Neutrino Energy Group alimləri tərəfindən yaradılmış örtük materialı artıq öz-özlüyündə atom vibrasiyalarının ölçüsünü artırır.  Müxtəlif şüaların (həmçinin neytrinonun) örtüyə təsiri əlavə atom mikro vibrasiyalara səbəb olur və həmin mikro vibrasiyalar rezonansa gətirib çıxarır, rezonans isə metal əsasa keçir və yekun enerji elektrik enerjisinə çevrilir. Tozlanmalı alt qat tərəfi müsbət qütbə, örtülməmiş səth isə mənfi qütbə malikdir. Məmulatda tətbiq edilən qrafen kimi xüsusi materialı xüsusi vurğulamaq lazımdır, qrafen təcrübədə çox müxtəlif xüsusiyyətlər göstərir. NEUTRINOVOLTAIC texnologiyalarında 12 qatlı qrafen örtük istifadə olunur, ancaq üçqatlı qrafen yüksək keçiricilik əlamətlərini artıq göstərir. Hal-hazırda tədqiqatçılar qrafenin üçqatlı qatlarının sadə istehsalında yüksək keçiricilik əlamətlərini aşkar ediblər – bu isə ümid etməyə imkan verir ki, qat-qat qrafenin öyrənilməsi yaxın vaxtlarda tədqiqatçılara, yüksək keçiriciliyin misin oksidlərində necə yarandığını anlamağa kömək edəcəkdir. Bu isə çox yüksək temperaturlarda – hətta otaq temperaturunda – elektrik şəbəkələrində və qurğularında kütləvi enerji qənaətinə səbəb ola bilən yüksək keçiricilərin yaranmasına gətirib çıxara bilər – bunu özünün sonuncu nəşrində tanınmış beynəlxalq Science jurnalı bildirir.  Xolqer Şubart iddia edir: "Şüanın müxtəlif növləri, məsələn, elektromaqnit, ionlaşdıran, neytron və s., elektrik enerjisinin generasiyası üçün yararlıdır, amma məhz neytrinonun kosmik hissəcikləri NEUTRINOVOLTAIC texnologiyası əsasında yeni cərəyan mənbəyinin ən əhəmiyyətli tərkib hissəsidir". Buna səbəb odur ki, neytrinonun axını sabitdir və saniyədə 1 kvadrat santimetrə 60 milyard neytrino təşkil edir - bu halda, günün vaxtından, havadan və müxtəlif qoruyan örtüklərdən asılı deyil. İsveçrədəki texnologiya institutu tərəfindən "Faradeyin qəfəsində" və yerin altında 30 m dərinlikdə NEUTRINOVOLTAIC texnologiyasının müstəqil ekspertizası keçirilmişdir. Alınmış məlumatlar texnologiyanın işinin sabitliyini və bildirilmiş çıxış xarakteristikalarını təsdiq etmişdir. https://b.radikal.ru/b16/1908/81/80b832465d03.jpg NEUTRINO POWER CUBE® nədir? NEUTRINO POWER CUBE® qrafen və silisium qatlarıyla örtülmüş metal folqanın basılmış vərəqlərini təşkil edir və energetika sistemindən asılı olmayaraq elektrik enerjisini istehsal edə bilir,  fotoqalvanik elementlər kimi, harada ki, işıq (şüanın görülən spektri) enerjiyə çevrilir. qatışdırılmış Nanohissəciklərin sıx qatıyla örtülmüş A-4 ölçülü folqa vərəqi 2,5-3,0 Vatt sabit çıxış elektrik gücünü təmin edir. 4,5-5,5 kVt/saat gücə malik NEUTRINO POWER CUBE®, "diplomatın" ölçüsündən böyük ölçüyə malik olmayacaqdır. NEUTRINO POWER CUBE®-in texniki parametrləri və onun yığcam ölçüləri elektrik enerjisinin generasiyasının, demək olar ki, elektrik şəbəkələrində itkisiz olan bölüşdürmə sistemini yaratmağa imkan verəcək. Elektrik enerjisi isthlak olunduğu yerdə istehsal oluna biləcəkdir. NEUTRINO POWER CUBE®-un elektrik avtomobillərinə quraşdırılması xüsusi marağa səbəb olur, bu, uzaq məsafələrə gedişlərdə enerji doldurmaları arasındakı yürüyüşü əhəmiyyətli dərəcədə artırmağa və ya qısa və orta məsafələrə gedişlərdə elektrik avtomobillərinin enerji doldurmasını tamamilə istisna etməyə imkan verəcəkdir. Cənab Şubartın fikrincə, NEUTRINOVOLTAIC texnologiyasının Ayın öyrənilməsi proqramlarında və gələcəkdə kosmik uçuşlarda istifadəsi də əhəmiyyətli xeyir gətirə bilər.  NEUTRINOVOLTAIC texnologiyasının laboratoriya şəraitində və müstəqil elmi institutlarda dəfələrlə sınaqdan keçirilmiş çıxış xarakteristikaları ümid etməyə imkan verir ki, tezliklə bu texnologiya Yer kürəsində qlobal iqlim problemlərinin həllinə öz əhəmiyyətli töhfəsini verəcək və hətta insanların həyat tərzini dəyişdirəcəkdir! Ətraflı məlumatı aşağıdakı ünvanda əldə etmək olar: https://neutrino-energy.com 

Bizə qoşulun