Xəbər lentlərində Almaniya kansleri Angela Merkelin 4-cü dəfə vəzifəsinə seçilməyi düşündüyü barədə məlumatlar var. Xanım kansler deyib ki, bu barədə düşünüb və yenidən vəzifəsini icra etməyə hazırdır.
62 yaşlı Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının lideridir və 2005-ci ildən Almaniyanın kansleri vəzifəsində çalışır.
Ondan əvvəl Almaniyaya heç vaxt qadın rəhbərlik etməyib. Kişi siyasilər də Merkel qədər vəzifə başında qalmayıblar. Yalnız Helmut Kol 16 il boyunca vaxtaşırı seçkilərdə qalib gələrək ali postda qala bilib.
İndi Merkel özünü, partiyasını o qədər güclü bilir ki, hakimiyyətdə qalıb-qalmamaq məsələsinin öz iradəsindən asılı olduğunu düşünür.
Almaniyadan başqa, demək olar ki, heç bir Avropa ölkəsində siyasi xadimlərin karyerası uzunömürlü olmur. Onlar vaxtaşırı dəyişilirlər. İki seçkini dalbadal udan partiya və blok, yaxud da siyasi xadimə nadir hallarda rast gəlinir.
Firavanlığa, rifaha, iqtisadi inkişafa görə problem yaşamayan Norveç də bu sıradadır, İsveç də, İsveçrə də, Danimarka da, Hollandiya da.
Bu ölkələrdə hər növbəti seçkidə iş başına yeni hökumət komandası gəlir.
Fransanın hər dəfə yeni bir şəxsi prezident və ya baş nazir seçməsinin kökündə ölkənin təhlükəsizlik və iqtisadi problemləri dayansa da, hər baxımdan sabit ölkələrdə hökumət dəyişikliyini az qala seçicilərin “hobbi”si kimi yozmaq olar.
Ancaq firavan ölkələrin seçiciləri hökumətlərini ona görə tez-tez dəyişirlər ki, onları ətalət basmasın, hər dəfə hakimiyyətə yeni liderlər yeni proqramla gəlsinlər, ölkəni daha da qabağa aparsınlar, köhnələr daha da güclənərək korrupsiya bataqlığına yuvarlanmasınlar və s.
Almanlar fərqli düşünür. Onlar ölkənin təhlükəsizliyini təmin edən, ümdə maraqlarını qətiyyətlə qoruyan, əhalinin güzəranının pisləşməsinə imkan verməyən rəhbərləri iş başında saxlamağı, bu məsələdə avantürist eksperimentlər keçirməməyi üstün tuturlar.
“Div adam”ın - Helmut Kolun uzun müddət hakimiyyətdə qalmasının sirri o idi ki, sadəcə olaraq, herr Kol yaxşı işləyirdi. Ondan sonra gələn Gerhard Şröder onun kimi olmasa da, “dəmir frau” Merkel Helmut Kola layiq, dünyada sayılıb-seçilən beş siyasi xadimdən biri olduğunu sübut etdi.
Belədirsə, ta onu dəyişməyə, başqa siyasi partiyaya səs verib hakimiyyətə gətirməyə nə ehtiyac var.
Almanlar əsla “bunlar yeyib doyub, başqaları gəlsə ölkəni soyub talayacaqlar” deyə düşünmürlər, düşünürlər ki, bunlar bu qədər sərvətin, varidatın içində öz tamahlarını boğa biliblərsə, yeni lider üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.
Hakimiyyət komandalarını tez-tez dəyişməyi sevən yaponlar və cənubi koreyalılar isə əmindirlər ki, iş başına yeni gələnlər köhnələrdən daha da yaxşı olacaqlar, çünki yaxşı olmağa məhkumdurlar, başqa yolları yoxdur.
Onlarda dinc hakimiyyət dəyişikliyi mexanizmi son dərəcə dəqiqliklə işləyir və dünya ictimaiyyəti Yaponiyanın və Cənubi Koreyanın yeni baş nazirinin soyadını əzbərləyib yadda saxlamağa macal tapmamış xalq onları dəyişir, yerinə başqasını seçirlər.
Bu sayaq siyasi ənənələrin, mexanizmlərin Avropanın ucqarlarında, Yaxın Şərqdə, Asiyanın mərkəzində yerləşən ölkələrə qətiyyən dəxli yoxdur.
Bu regionda siyasi uzunömürlülük normadır. Ən yüksək dövlət vəzifələrində işləyənlər öz postlarında ömürlük qalmaq niyyətində olurlar. 20 ildən sonra onlar hansısa səbəbdən vəzifələrindən götürülsələr belə, bu, “devrilmə”, “vurulma” sayılır. Heç kəs dövlət işinə daha faydalı olmadığını görüb, vəzifəsindən istefa vermək xəyalına düşməz.
Belə hala rast olunmayıb. Bu tezlikdə də olmayacaq. Vəzifələrin alınıb-satıldığı, seçkili orqanlarda təmsilçiliyin böyük pullar hesabına başa gəldiyi, yüksək mənsəblər tutmaq ehtirasının hər şeyi üstələdiyi ölkələrdə başqa cür mümkün deyil.
İndi elə adamlar tapılacaq ki, gələn il Merkelin növbəti, dördüncü dəfə kansler seçilməsi halında, “baxın, Almaniyada da bir adam dörd dəfə ard-arda ən yüksək vəzifəyə seçilə bilir” deyəcək, bu faktdan daxili təbliğatda istifadə edəcəklər.
Elədir, iqtisadi durumu sabit olan qüdrətli Almaniyada güclü siyasi xadimin dördüncü dəfə xalqdan etimad votumu alması problem deyil. Ancaq eyni şey problemlər içində çabalayan zəif və kiçik ölkələrdə baş verəndə bu normal qarşılanmır, “fenomen” sayılır.
22.11.2016, 09:10
416 baxış
Xalid Kazımlı
Dörd dəfə ard-arda seçilməyin sirri