Deyilənə görə, Stalin öləndə sovet rəhbərləri karıxıb qalıblar, bilməyiblər bu acı xəbəri xalqa necə çatdırsınlar, qorxublar ki, xalq dərdə tablaşa bilməz, qəşş eləyib özündən gedər.
Bir də yazılanlara görə, sovet rəhbərləri ən çox ona görə narahat olublar ki, ulu rəhbərdən sonra hakimiyyət başına kimin oturmalı olduğu üstündə intriqa, dava başlayar və böyük sovet dövləti çökər, partiyanın hakimiyyəti sarsılar.
Amma bunlar olmayıb. Müdrik rəhbərlər hakimiyyət hərisi və eyni zamanda seksual manyak olan Beriyanın hakimiyyətə yolunu birtəhər kəsdikdən sonra acı həqiqəti xalqa deyiblər və böyük sovet xalqı gerçəkdən də qəşş eləyib özündən gedib. Doğma atasının dəfnində gözündən iki damcı yaş çıxmayan yekə-yekə kişilər küçələrdə hönkürüşüblər.
Düzdür, son zamanlar sovetoloqlar deyirlər ki, guya o vaxtkı rejim bu kütləvi hönkürüşməni inzibati resurslarla təşkil ediblər, yəni xalqa göstəriş verilib ki, o boyda rəhbər ölüb, kütləvi şəkildə ağlaşmalısınız. Bununla belə, bizim yaşlı kəndçilərimiz and içirlər ki, yox, onlara heç kəs “ağlayın” göstərişi verməyib və hamı səmimi şəkildə ağlayıb. Hamı hüzndən, dərddən, rəhbərə olan sonsuz sevgi üzündən ağlayırmış. Hətta hissə qapılıb üzünü cıranlar da olub (Biz tərəflərdə elə bir ritual var).
Bir çoxları əmindir ki, 1950-ci illərin sovet adamları Stalindən sonra böyük sovet dövlətinin dağılacağını bildikləri üçün ağlayırmışlar.
Elədirsə, tarix o adamların göz yaşına haqq qazandırır. Gerçəkdən də Staindən sonra SSRİ dağıldı. Sadəcə, birdən-birə dağılmadı, yavaş-yavaş dağılmağa başladı və bu proses 1991-ci ildə başa çatdı.
İndi Özbəkisan xalqı çox pəjmürdə haldadır. Çünki ölkənin 78 yaşlı rəhbəri İslam Kərimovun öldüyü deyilir. Xəbər nə bir türlü təsdiqlənir, nə də təkzib olunur.
Prinsipcə, Kərimov bu tezlikdə ölə bilməz, o ranqda olan liderlər üçün 78 son hədd deyil. Məsələn, Zimbabvenin milli lideri Robert Muqabenin 92 yaşı var, hələ də siyasi perspektivlərdən danışır. Kubanın lideri Fidel Kastro 10 ABŞ prezidentinin başını yeyib, hələ də sağ-salamatdır, doxsanca yaşı var. Düzdür, ölkəni birbaşa özü idarə etmir, amma gendən nəzarət edir.
Onlara baxanda İslam Kərimov yaxşı mənada dünənin uşağıdır. Bayıssı (bacısı yazanda o effekti vermir) ölmüşün yataqlara düşən vaxtıydımı?
Amma bildiyimiz kimi, ölüm qaşla göz arasındadır, necə deyərlər, hər kəsin bir vaxtı var, dindarlar demişkən, hər kəs ölüm şərbətini bir gün əl-əlbət içəcək. Burası heç. Amma Kərimov ümumiyyətlə zərərli içkilər içməzdi, o üzdən adam mat qalır.
Bir iş də var ki, heç kəsin “öldü, ölüb” xəbəri çıxmasın, çıxdısa, geri dönüş yoxdur, 3 aya, yarım ilə getməlidir. Çünki Əzrayılın kiməsə möhlət verməyi olur, amma kimisə unutması mümkün deyil.
Bəs Kərimovdan sonra Özbəkistanda vəziyyət necə olacaq? Əlbəttə, Özbəkistan SSRİ deyil, çökməyəcək. Əkələr yığışacaq, Beriya yosunlu birinin hakimiyyətə gəlməsinin qarşısını alacaq, sonra başqa bir Kərimovu (soyadı başqa cür də ola bilər) taxta əyləşdirəcəklər. O da təxminən üç il ulu rəhbər İslam Kərimovun xatirəsini əziz tutacaq, məzarına əklil-filan qoyacaq, üç ildən sonra isə onu “xalq düşməni” çıxaracaq, deyəcək, artıq milli lider özüməm.
Hazırda özbək xalqının hüznünü anlamaq lazımdır. Necə də olmasa, son 25 ildə üzləri, gözləri Kərimova öyrəşmişdi. Adam hər kəsin ailə üzvü kimi bir şey olmuşdu, hər gün televizorda görünürdü.
Ona görə də sabah Kərimovun öldüyü təsdiqlənsə, dəfn mərasimində xalqın kütləvi şəkildə ağlayıb qəşş eləməsini görəndə heç kəs lağlağı eləməsin. Bu təbii milli kədərin də məhsulu ola bilər, yuxarıdan verilən göstərişin də.
Bildiyiniz kimi, Şimali Koreya rəhbərinin dədəsi öləndə zəif ağlayanları ciddi şəkildə cəzalandırmışdılar. Əgər iki damla süni göz yaşına qızırğalanırsansa, sonra başına gələnlər üçün selləmə göz yaşı axıtmağı gözə almalısan.
Bu işlər belədir, qardaşlar, özünüz bilirsiniz, ta nə deyim.
01.09.2016, 08:22
535 baxış
Samir Sarı
Kütləvi hönkürüşmə nə vaxt olacaq?