Belə bir nəzəri kombinasiya düşünək: bir ölkədə hərbi çevriliş olur, baş tutur, ya tutmur, fərqi yoxdur və tezliklə məlum olur ki, çevrilişi edənlərin başçısı Rusiyada yaşayır və dövlət tərəfindən yüksək səviyyədə himayə olunur.
Bu təqdirdə dünya ictimaiyyəti nə fikirləşəcək? Həmin ölkədəki hərbi çevrilişin Rusiya tərəfindən hazırlandığını düşünməyəcəkmi?
Hər kəs elə düşünəcək. Çünki başqa variant yoxdur. İşıq dirəyinin başında oturan quşla eyni yerdə görünən tısbağanın durumu fərqlidir. Quş ora özü qonubsa, tısbağanı ora mütləq bir qoyan var (Bu, ABŞ prezidentliyinə namizəd Hilari Klintonun 16 il öncə ifadə etdiyi təşbehdir).
Eyni durum hansısa qiyamçı generalın və ya siyasi xadimin İngiltərəyə, Almaniyaya, Fransaya sığınmış olması halında da keçərlidir. Yenə hamı baş tutan və ya tutmayan hərbi çevriliş üçün məhz İngiltərədən, Almaniyadan, Fransadan şübhələnəcək.
Hazırda ABŞ həmin vəziyyətdədir. İyulun 15-də Türkiyədə baş verən uğursuz hərbi çevriliş üçün bu ölkə şübhəli durumunda qalıb.
Son yüz ilin hərbi çevrilişlər tarixi göstərir ki, ən qalmaqallı və “uğurlu” çevrilişlərin arxasında mütləq böyük güclər, qüdrətli hərbi-siyasi dairələr durur. Superdövlətlərin dəstək vermədiyi hərbi çevriliş cəhdləri beşiyindəcə məhvə məhkumdur.
Türkiyədə baş verən 15 iyul çevrilişinin fiasko ilə nəticələnməsinə görə hesab etmək olardı ki, qüdrətli dövlətlər qiyamçılara dəstək verməyiblər. Ancaq məsələni mürəkkəbləşdirən təfərrüat, incəliklər, bağlılıqlar var. 15 iyul qiyamının iflas etməsi Ərdoğanın gücünün və türk xalqının qeyrətinin hesaba alınmamasının nəticəsində mümkün oldu.
ABŞ-ı şübhə altına buraxan ən böyük detal odur ki, hərbi çevrilişin təşkilatçısı, koordinatoru kimi adı çəkilən şəxs 15 ildən çoxdur ABŞ-ın Pensilvaniya ştatında, yüksək təhlükəsizlik çənbəri haləsində, dövlət himayəsində, üstəlik, xüsusi malikanədə prezidentlər kimi yaşayır.
Onun bu çevriliş cəhdində əli olduğuna dair çoxlu fakt ortaya çıxarılıb, yüzlərlə şahid ifadəsi var. Təkcə Türkiyə silahlı qüvvələrinin baş qərargahının rəisi Hülusi Akarın ifadəsi yetərlidir (Qeyd edək ki, qiyamçı generallar Akarı Fətullah Gülənlə telefon vasitəsilə danışdırmaq istəyiblər, ancaq o, imtina edib).
Belə olan təqdirdə ABŞ dövləti Fətullah Güləni Türkiyəyə təslim etməyə borcludur. Əgər ortada hər hansı bir ilişki, faş olunmasından qorxulacaq təfərrüat yoxdursa, bunu etmək çox asandır. F.Gülən Türkiyəyə verilir və ABŞ onun sonrakı aqibətini, istintaqını, mühakiməsini total diqqət altında saxlayır ki, ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, təzyiq-filan olmasın.
Ancaq ABŞ tərəfi bu xüsusda görünməmiş israrla dirəşməkdə, müxtəlif bəhanələr gətirərək Güləni Türkiyəyə verməkdən imtina etməkdədir.
Tərs kimi, Türkiyə tərəfi də israr göstərir, 15 iyul çevrilişinin açar-kilid isminin Fətullah Gülən olduğunu bildirərək, onu ABŞ-dan almağı milli məsələ halına gətirməkdədir.
İlk günlərdə tərəflər diplomatik etiket çərçivəsində danışırdılar, bəyanat, nota mübadiləsi edirdilər. Ancaq son günlərdə ara əməlli-başlı açılışır. Prezident Ərdoğan başda olmaqla bu mövzuda danışan türkiyəli dövlət adamları getdikcə daha açıq dillə ABŞ-ın müvafiq mövqeyini tənqid edir, ittihamlar səsləndirirlər.
Bu gedişlə, çox qısa müddətdə Türkiyə dövləti ABŞ-ı 15 iyul çevriliş cəhdinə görə rəsmən məsul tutduğunu bəyan edəcək.
Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ da bir müsahibəsində çevrilişin arxasında ABŞ MKİ-nin durduğunu istisna etməyib. General birbaşa olmasa da, dolayısı ilə bildirib ki, bu cür işlər elə-belə, durduğu yerdə olmur. Yəni tısbağanı işıq dirəyinin başına bir qoyan var.
Bunu o adam deyir ki, bundan əvvəl Türkiyədə baş verən iki hərbi çevrilişdə ABŞ-ın nə dərəcədə rol oynadığını hamıdan yaxşı bilir. Zatən, artıq bu barədə Türkiyədə hər kəs məlumatlıdır.
Bu günlərdə bu yazının müəllifi Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunla görüşdə eyni suala cavab almaq istəyib. Ancaq cənab səfir peşəsinin tələblərinə uyğun olaraq diplomatik cavab verib və birbaşa hədəf göstərməkdən yayınıb.
Bununla belə, bəllidir ki, istər siyasi xadimlər, istərsə də diplomatlar bildiklərinin yalnız bir yarısını ictimaiyyət üçün açıqlayırlar. Bu baxımdan əgər Ərdoğanın komandası Güləni ABŞ-dan israrla istəyirsə, onu vermədiyinə görə ABŞ-ı ittiham ritorikasına keçibsə, artıq 15 iyul qiyamının arxasında hansı dövlətin durduğuna dair baş sındırmağa dəyməz.
Hər şey ortadadır və olduqca gözlənilməzdir. Dünya hegemonunun bu cür işlərdən əl çəkdiyi güman olunurdu. Heç demə, dünyanı, regionu qarışdıran təkcə Rusiya deyilmiş.
05.08.2016, 07:35
236 baxış
Xalid Kazımlı
Tısbağanı dirəyin başına kim qoyub?