Dünən Binəqədidə imkansız köçkün ailəsinin qızına təmənnasız repetitorluq etmiş və onun 692 bal toplamasına səbəb olmuş dörd müəllimdən biriylə - Ramal Əliyevlə sosial şəbəkədə qısa yazışmamız oldu.
Feysbukda “dostumun dostu” olan Ramal müəllimə yazdım ki, onun və həmkarlarının bu xidməti barədə qəzetimizin əməkdaşına müsahibə versə, çox yaxşı olar.
Ramal müəllim mənə belə bir cavab yazdı: “Çox sağ olun, amma bu qədər yazı bəs edər.
Çunki artiq reklam oldu. Lazım deyil. Mən bunu reklam üçün yox, müəllim vəzifəsi xatirinə eləmişəm”.
İndi bu müəllimə ikinci bir münnətdarlıq, təşəkkür, “eşq olsun” düşürmü? Artıqlaması ilə düşür.
Biz illərdir təhsil sistemini tənqid edə-edə belə müəllimlər axtarırdıq, nəhayət, tapdıq.
İnanıram ki, onlar heç dörd, qırx, dörd yüz də deyillər, daha çoxdurlar, ancaq neçə müddətdir, peşəsinə məsuiliyyətsizcəsinə, vicdansızcaına yanaşan digər həmkarlarının kütləviliyinin kölgəsi altında qalıblar.
Nəticədə bizim cəmiyyətdə müəllimin mənfi səciyyəli obrazı yaranıb. Bu, şagirdlərə düz-əməlli dərs keçməyən, valideynin əlinə baxan, daima umacaqlı və peşəkarlıq səviyyəsi aşağı olan bir obrazdır.
Kimlərsə ortaya çıxıb öz parlaq xidməti, şəxsiyyəti, əməyi ilə bu obrazın puç olduğunu cəmiyyətə sübut etməliydi.
Sevindiricidir ki, bu müəllimlər tapıldı və onlar bir “yaxşılıq cənbəri”nin əsasını qoydurlar.
İndi onların imkansız köçkün ailəsinin savadlı qızına etdikləri bu təmənnasız yaxşılıq uzun bir dövrə vuracaq. Kimlərsə bu hərəkətdən təsirlənərək, başqalarına eyni cür yaxşılıqlar edəcəklər, həmin şəxslər də öz növbələrində başqalarına o cür yanaşacaqlar. Axırda bu müəllimlərin nümunəvi addımı populyarlaşacaq.
Ramal müəllimin səmimiyyətinə inanıram. Əminəm ki, o və digər üç həmkarı gerçəkdən də köçkün balasının daha çox bal toplaması üçün öz vaxtlarını, gözlərinin nurunu sərf edərkən yeganə istədikləri o balanın öz ülvi arzusuna çatmasına yardım etmək olub.
O şagirdə də halal olsun ki, həm ailəsinin, həm də müəllimlərinin üzünü ağardıb. İndi bütün ölkə onlardan danışır və müəllimlər təvazökarlıq çərçivəsində sıxılırlar.
Ancaq nahaq yerə. Yaxşı iş təqdir olunmalıdır, nümunə göstərilməlidir.
Deyə bilərlər ki, müəllim şagirdələrə yaxşı dərsi məktəbdə keçməlidir. Orası elədir. Amma hamımız da bilirik ki, məktəbdə keçilən dərslər kifayət etmir – müəllim tək, şagird çox. Pedaqoqlar fənnləri hər bir şagirdə mənimsədə bilmirlər və əlavə məşğələlərə ehtiyac yaranır. Müəllimlər isə dərsdən əlavə məşğələlər keçməyə borclu deyillər. Onlar bunu kimlər üçünsə təmənnasız edirlərsə, bu, alqışlanmalıdır.
Belə bir praktika sovet vaxtı da vardı. O zaman da ən prestijli ali məktəblərin ən arzulanan fakültələrinə daxil olmaq üçün mütləq müəllim yanında əlavə məşğələlər keçmək lazım gəlirdi və iddiası böyük olan şagirdlər qohumlarında, qonşularında olan pedaqoqların əməyindən yararlanırdılar. Sadəcə, o vaxt bu məsələ sənaye halına dönüşməmişdi.
Sonradan repetitor köməyi olmadan ali məktəbə daxil olmaq xeyli çətinləşdi və seyrəldi. Ona görə də imkansız ailələr sıxıntıya girdilər. Belə hallarda isə məhz Ramal müəllim kimi pedaqoqların dövriyyəyə girməsinə ehtiyac vardı.
Adları çəkilən şəxslərdən başqa da bir neçə imkansız abituriyentə təmənnasız məşğələ keçən müəllim tanıyıram.
İndi sizə daha bir nümunə yazacam. Üç il öncə bu sətirlərin müəllifinin övladı imtahandan sonra Azərbaycan dili və ədəbiyyat fənlərindən ona məşğələ keçən müəllimin yanına gedib, cavabların düzgünlüyünü birlikdə yoxlayıblar. Məlum olub ki, abituriyent toplamda 50 sualın 49-na düzgün cavab verib, birində yanılıb. Müəllimə bu nəticəni görəndə qəhrindən ağlayıb və deyib ki, zəhməti hayıf oldu, ondan əlli sualın əllisinə də düzgün cavab yazacağını gözləyirmiş.
Dediyim odur ki, işinə bu qədər diqqətlə, həssaslıqla yanaşan müəllimlərimiz var. Əlbəttə, onlar ehtiyaclarına yetəcək qədər yüksək maaş alsalar əlavə zəhmətlərə də qatlaşmazlar və ortaya daha yüksək nəticələr qoyarlar. Sumqayıtda şagirdlərinin üçdə ikisi yüksək ballar toplamış məktəbin direktoru və müəllimləri kimi.
Yeri gəlmişkən, bu cür müəllimləri məktəb direktoru vəzifəsində saxlamaq günahdır. Onları nazirliyə, rəhbərliyə aparmaq lazımdır ki, təhsilimizə o cür işıqlı pedaqoqlar rəhbərlik etsinlər.
01.08.2016, 10:46
263 baxış
Xalid Kazımlı
Bizim Ramal müəllim