Xalq arasında müxtəlif rəy sorğuları dünyanın, demək olar ki, bütün ölkələrində keçirilir. Bu, bəzən təbliğat xarakteri daşıyır, bəzən cəmiyyətdə rəy formalaşdırmaq cəhdi olur, ancaq bir çox sorğuların nəticələri əsasən real olur, obyektiv gerçəkliyi əks etdirir.
Elə sorğular da var ki, onların nəticələri heç də həmişə birmənalı qarşılanmır. Məsələn, siyasi qüvvələrin reytinqinə dair sorğuların nəticələri avtoritar rejimə malik ölkələrdə həmişə 80-nin 20-yə nisbətində itidarda olan qüvvənin “xeyrinə” olur. Hakim partiya ölkənin yerdə qalan siyasi qüvvələrinin toplamından azı dörd dəfə güclü olur və bu, o qədər də ciddi rəy sorğusu hesab olunmur.
Eyni səpkili sorğuların nəticələri demokratik ölkələrdə daha gerçəkçi olur və əksər halda iqtidar partiyasının tənəzzüldə olduğunu göstərir. Bunun nə dərəcədə ciddi ictimai rəy olduğu elə ilk seçkilərdə, iqtidar partiyası məğlub olanda, hakimiyyətə yeni, rəy sorğusunda favorit olaraq göstərilən partiya qalib gələndə ortaya çıxır.
Ancaq avtoritar rejimli ölkələrdə də bəzən rəy sorğularının nəticələri gerçəkliyi əks etdirə bilir.
Budur, Rusiyada belə bir rəy sorğusu keçirilib və onun nəticələrini şübhə altına almaq mümkün deyil. Nüfuzlu “Levada sentr”in əməkdaşları rusların hansı dövlətləri Rusiyanın düşməni saydıqlarını soruşublar və cavablar heç də şaşırdıcı olmayıb. Məlum olub ki, ruslar ABŞ-ı, Türkiyəni və Ukraynanı düşmən sayırlar.
Respondentlərin 72 faizi ABŞ-a, Rusiyanın “köhnə düşməni”nə səs veriblər. Rəyi soruşulanlardan ikinci ən çox nifrətamiz səs qazanan ölkə keçmiş “qardaş respublika” Ukrayna olub - 48 faiz. Yəni rusların az qala yarısı bu slavyan mənşəli ölkəni əsas düşmənlərindən biri sayıb. Bu xüsusda Türkiyənin bəxti gətirib ki, 29 faizlə üçüncü yeri tutub.
Bir il öncə rusların cəmi bir faizi Türkiyəyə düşməncəsinə baxırdısa, bu gün artıq Rusiyanın üçdə biri bu ölkəyə nifrət bəsləyir.
Aydın məsələdir, bunun səbəbi ötən il Suriya-Türkiyə sərhədində Türkiyə hərbçiləri tərəfindən Rusiya təyyarəsinin vurulması və Kremlin bu hadisə ətrafında Ankaraya qarşı böyük düşmənçilik kampaniyası başlatması, ölkədə total anti-Türkiyə təbliğatına güc verməsidir.
Bu hadisəyə qədər Rusiya və Türkiyə arasında böyük ticarət əlaqələri, siyasi dostluq vardı. Putin Türkiyəyə, Ərdoğan isə Rusiyaya tez-tez gedib-gəlirdi. Milyonlarla rus turist aprel ayından noyabra qədər Türkiyənin dəniz kurortlarında dincəlirdilər. Əlaqələr o qədər genişlənmişdi ki, Türkiyənin isti dənizlərinin sahilində yerləşən şəhərlərdə rusca danışmağı bacaran adamlar çoxluq təşkil edirdi. Hətta ölkənin o zamankı baş naziri Əhməd Davudoğlu türk gənclərini rus qızlarıyla evlənməyə çağırırdı, deyirdi, rus qızları ailəcanlı və dürüst olurlar.
Amma budur, o qızların, o turistlərin üçdə biri artıq Türkiyəni düşmən sayır. Bir qırıcı təyyarənin vurulması iki qonşu və qeyri-düşmən dövləti müharibə həddinə gətirdi və bunun hər iki tərəf üçün çox ağır nəticələri oldu. Belə görünür ki, Kremlin anti-Türkiyə təbliğatı böyük miqyasda olmasa da, öz nəticələrini verib, ən azı ölkə əhalisinin üçdə birinin rəyinə təsir edib.
Ukraynaya olan düşmən münasibət isə belə görünür ki, daha şiddətlidir. Bu da total anti-Ukrayna təbliğatı ilə bağlıdır. Əgər Türkiyədəki hərbi insidentdə yalnız bir rus pilotu ölmüşdüsə, Ukrayna ərazisində gedən hərbi əməliyyatlarda minlərlə rus hərbçisi həlak olub. Başqa sözlə, rus ictimaiyyəti Ukrayna ilə düşmənçiliyin acı məhsullarını birbaşa dadır.
Rusların ABŞ-ı ən böyük düşmən saymaları isə imperiya təfəkkürünün rus beynini tərk etməməsi ilə əlaqəlidir. Ruslar inanır ki, onların SSRİ kimi nəhəng imperiyasını məhz ABŞ dağıdıb. “Soyuq müharibə”dəki məğlubiyyəti həzm edə bilməyən ruslar ölkələrinin bütün problemlərini, sovet dövründə olduğu kimi, yenə də ABŞ-ın imperialst siyasəti ilə bağlamağı sevirlər.
Maraqlıdır ki, ruslar özlərinə dost olaraq Belarusu, Qazaxıstanı və Çini seçiblər. Ermənistan və Azərbaycan “yaxın dost” siyahısına düşməyib. Ancaq bu, sadə rusların fikridir. Kreml başqa cür fikirləşə bilər.
03.06.2016, 09:28
365 baxış
Xalid Kazımlı
Rusların düşməni - Ukrayna, dostu - Çin (?)