Ölkəmizin maliyyə işlərinə baxan nazir Samir Şərifov bu günlərdə bildirib ki, hökumət 2015-ci ilin ortalarından qənaət rejiminə keçib. Mühüm açıqlamadır.
Əlbəttə, hökumət düz eləyib. Adamın əli aşağı olanda gərək qənaət eləsin, əlində-ovcunda olub-qalan pul-paranı dağıdıb israf eləməsin. Bu günün sabahı var, il-ildən pis gəlir, qonşuya ümid olmaq olmaz.
Ona görə də qənaət rejiminə keçmək vacib olub. Bəs son illərdə yaxşı pul xərcləməyə, qonaq çağırıb hesab verməyə öyrəşmiş canımız qənaəti harda, necə edəcək?
Nazir bu suala da cavab verib, deyib ki, bəzi lüzumsuz xərclər, investisiya layihələri təxirə salınıb, bunun hesabına xərclərin qənaətinə nail olunub.
Çox gözəl, çox əcəb. Belə olanda ortalığa bir neçə naqolay suallar çıxır və oxucular onun cavabını bizdən soruşurlar, həm də o niyyətlə ki, biz də, məsələn, onu nazirlərdən soruşaq (oxucularda elə bir təsəvvür var ki, biz soruşan kimi cavab alırıq).
Birinci sual belədir ki, əgər hökumət 2015-ci ildən etibarən qənaət rejiminə keçibsə, bəs o, keçənilki haqq-hesab nəydi, I Avropa Oyunlarda avropalılar tökülüşüb gəlmişdi ölkəmizə, hamısının da xərcini biz çəkdik, neçə konteyner pulumuz getdi.
Bu suala nazirin əvəzindən özüm cavab verə bilərəm. O inişilki söhbətə görəydi, öhdəlik götürmüşdük, boynumuza düşmüşdü ki, I Avropa Oyunlarını biz təşkil edəcəyik. Söz ağızdan bir dəfə çıxar. Dövlət gərək verdiyi sözün dalında dursun. Biz o öhdəliyi götürəndə pulumuz çox idi, qoymağa yer tapmırdıq, amma sonra vəziyyət dəyişdi, neftin qiyməti düşdü, pulumuz azaldı, intəhası, sözümüzün dalından qaçıb etibardan düşə bilməzdik. Ona görə də I Avropa Oyunlarını birtəhər yola verdik, getdi. Ziyana düşdük, söz yox, əvəzində xəcil duruma düşmədik. Dünya bizə baxırdı.
İkinci sual isə, açığı, daha qəlizdir, bilmirəm, cənab nazir buna necə cavab verəcək. “Lüzumsuz xərclər, lazımsız investisiya layihələri” deyərkən nələr nəzərdə tutulur? Lüzumsuz idisə, əvvəlki illərdə onlara niyə o qədər vəsait ayrılırdı?
İndi adam oturub fikirləşir ki, o lüzumsuz layihələr nə imiş? Aydın məsələdir, özümüzü müdafiə eləmək üçün xarici ölkələrdən bahalı-bahalı harop-dron-“qrad”-tank-helikopter kimi silahlar almaq “lüzumsuz xərclər” qrafasına girə bilməz. Yoxsa erməni hücum edər, biabırçılıq olar.
Neft-qaz yataqlarının kəşfinə, istismarına, enerjidaşıyıcıların dünya bazarına çatdırılması layihələrinə sərf edilən vəsaitlər də “lüzumsuz” deyil. Çörəyimiz neftdən, qazdan çıxır. Qaz gələn yerdən toyuq əsirgəməzlər. Gərək ora 3 manat xərc qoyasan ki, 5 manat qazanasan.
Heç ölkədə keçirilən saysız-hesabsız yarışmalara, seminarlara, forumlara, konfranslara və sair beynəlxalq tədbirlərə çəkilən xərcləri də lazımsız saymaq olmaz. Avropaya, dünyaya inteqrasiya olunmalıyıq. Olmasın 5-6 milyon dollar, əvəzində hamı bilsin ki, belədə Azərbaycan adlı ölkə var. Odur, iki-üç həftə öncə ABŞ prezidenti Barak Oabama prezidentliyə namizəd Donald Trampa sataşarkən adımızı çəkdi, onun Norveç, Argentina və Azərbaycan gözəlləri ilə görüş keçirdiyini dedi.
Düzdür, buna görə bəziləri qürur duymalı olmadığımızı, əksinə, xəcalət çəkməli olduğumuzu deyir, amma onlar əsassız söhbətdir, Norveç də, Argentina da dünyanın ən məşhur ölkələrindən biridir. Adımızın onlarla yanaşı çəkilməsi balaca söhbət deyil. Demək, bizi tanıyırlar.
Bəlkə nazir “lüzumsuz xərclər” deyərkən, Madridin “Atletiko” klubunun oyunçularının formasına (əvvəlcə sinədə, sonra isə belin qurtaracaq hissəsində) həkk olunmuş “Land of fire Azerbaijan” sözlərinə görə kluba ödədiyimiz milyonları nəzərdə tutur? Elədirsə, haqlıdır. O “Land”ın bizə, futbolumuzun inkişafına xeyri yox idi.
Ya da ola bilər, “Eurovision”da qalib gəlmək üçün əvvəlki illərdə çəkilmiş xərclər artıq “lüzumsuz” hesab olunur. Bildiyimiz kimi, bu il bu xüsusda qənaət elədik, 17-ci yeri tutduq. Heç Malta da 12 xalını bizə vermədi. Salamatı budur. Qalib gəlirik, qonşu dövlətlər düşmən kəsilir. 2011-də qalib gəlmişdik, 2012-də gördünüz, başımıza nə oyun açdılar.
Bir sözlə, istəsək qənaət edə bilərik. 3-4 il qabaq hər nazirin qoltuğunda azı 1 milyard dollarlıq investisiya layihələri vardı. Çoxu da lüzumsuzdur. O layihələri arxivə versələr, xeyli qənaət etmək olar. Neft bahalaşanda yenə israf-məsrəf işləri başlayar.
21.05.2016, 15:55
221 baxış
Samir Sarı
Lüzumsuz xərclər