Xəbər belədir: Bakıda 10 OO 0... nömrə nişanlı bahalı “Ferrari” şütüyür və avtomobilin sürücüsü intizamlıdır, qaydaları pozmur, dönmə siqnalından istifadə edir, ara məsafəsi saxlayır.
Mədəni ölkələrin oxucuları bu cümlələri oxuyub çaşar, mat qalar, ingiliscə “anlamadım” deyər və axırda da böylə əlavə edər: “Bəs nə cür olmalıdır ki? Məgər avtomobil bahalıdırsa, onun sürücüsü yol-hərəkət qaydalarına riayət etməyə bilər?”
Ancaq bu ölkədə heç kəs o sualı verməz. Çünki burda hamı bilir, maşın bahalıdırsa, hətta orta qiymətədirsə, onu sürən məmurdursa, yaxud məmur övladı, məmur qohumudursa, yol-hərəkət qaydaları onluq deyil. O istəsə, dönmə siqnalından istifadə etməz, ara məsafəsi saxlamaz, önündəkinin belinə çıxar, yaşayış məntəqəsinin içiylə saatda 120 ilə sürər, qırmızı işıqdan düz keçər, yolun ortasında saxlayıb tıxac yaradar və sair və ilaxır pozuntular edər.
Bəs buna görə onu cəzalandırmazlarmı? Bu sualı ölkəmizə nabələd olan əcnəbi versə, aşağıdakı kimi cavab alar: “Onları kim cəzalandıra bilər? Saxlayan olsa, düşüb döyər, təpiyin altına salar, irad bildirən olsa, var-yoxuna söyərlər, şikayət edib işdən çıxartdırarlar”.
Bəs müşahidə kameraları onların pozuntularını qeydə almırmı? Alır, əlbəttə alır, kameralar hər şeyi saniyə-saniyə qeyd edir. Amma qaydapozanlar hansı yollarlasa o qeydləri sildirirlər və cərimə ödəmirlər. Bu işlər belədir.
Ona görə də biz hansısa “Ferrari” yiyəsinin öz avtomobilini qayda pozmadan idarə etdiyini görəndə bu sadəlikdən, mədəniyyətdən riqqətə gəlirik, qəhərlənirik, gözümüz dolur, minnətdarlıq duyğusu baş qaldırır, həmin qəhrəmanı tapmaq, ona təşəkkür bildirmək istəyirik.
Hətta yaxşı olar ki, jurnalistlərimiz o qanacaq-qabiliyyətli, insanpərvər, təvazökar sürücünü tapsınlar, onun özü haqqında, ona tərbiyə verən anaya, bu sadə oğlana bahalı maşın alan ataya dair reportaj hazırlasın. Gözəl başlıqlar da vermək olar: “Yarım milyonluq ”Ferrari"nin sadə sürücüsü danışdı"; “Bahalı avtomobilin təvazökar sahibinin anası danışdı”; “Ölkədəki ən bahalı avtomobilin yiyəsinin atası danışmaq istəmədi”; “Təvazökar sürücünün qardaşı: ”Mən “Ferrari” istəmirəm, 18 yaşım tamam olanda atam mənə “Maybaks” alacaq" və s.
Belə gənclərimiz azdır, biz onların qədrini bilməliyik, onları tərifləməli, təbliğ etməliyik, başqalarına nümunə göstərməliyik. Qoy başqaları da, “Buqatti”, “Porşe”, “Galendevagen” sürənlər də onlara oxşamağa çalışsınlar.
Yoxsa vallahi, “Ferrari”dən on dəfə ucuz (07-dən on dəfə baha) maşınlarını küçədə bağırda-bağırda sürən, yol qaydası, qırmızı işıq-filan saymayan o qədər sürücü var ki, çatdırıb nömrələrini də yazmaq mümkün olmur - bir görünür, yox olurlar, bircə havada tüstüləri qalır.
Onlara baxanda dönmə siqnalından istifadə edən, təhlükəsizlik kəməri qurşayan, sağa və sola dönərkən piyadalara yol verən, ötmə əməliyyatını düzgün yerinə yetirən sürücünün ölənlərinə Allah rəhmət eləsin. Hiss olunur ki, adam ailə tərbiyəsi alıb. Ya tərbiyəsiz olsaydı...
Düzdür, söhbətin bu yeri bir azca Vitya dayının lətifəsinə oxşayır, amma yenə də... Vitya dayının anektodu isə belədir. Saşa və Vova səkidə oturub əlindəki bıçaqla qarpız kəsib yeyən Vitya dayıya baxırlar. Saşa Vovaya deyir ki, görürsən, Vitya dayı necə humanist insandır. Vova soruşur ki, nəyə görə elə düşünürsən. Saşa cavab verir: “Görmürsən, əlində bıçaq var? İstəsə başımızı kəsər, amma kəsmir, çünki humanistdir”.
İndi Saşanın sözü olmasın, görürsünüzmü, necə humanist sürücülər var, istəsələr bahalı maşınlarıyla belimizdən keçərlər, amma keçmirlər. Kim bilir, bəlkə də yarım milyonluq maşına hayıfları gəlir...
18.05.2016, 07:13
410 baxış
Samir Sarı
Bahalı maşında təvazökar oğlan