Durub qəfildən sual versəm ki, Şimali Koreyanın rəhbəri kimdir, hamınız bir saniyə düşünmədən deyərsiniz ki, Kim Çen Indır. Sualı başqa cür qoysam, soruşsam ki, Kim Çen In hansı ölkənin rəhbəridir, yenə hamınız dərhal “Şimali Koreyanın” deyərsiniz. Amma sualı dəyişsəm, Cənubi Koreyanın prezidentinin, baş nazirinin kim olduğunu soruşsam...
Bax, burda görək köməyə Google axtarış motoru gəlsin. Başqa cür mümkün deyil. (Açığı, hər gün dünyadakı siyasət və seçki xəbərlərini izləyən müəllif də Cənubi Koreyanın prezidentinin və baş nazirinin kim olduğunu əzbərdən bilmədiyi üçün məcbur qalıb İnternet resurslarına baxdı).
Burada problem yaddaşda deyil. Təvazökarlıqdan Seul, hətta Pxenyan qədər uzaq olsa da, deyim ki, yaddaşım güclüdür, məsələn, Surinamın rəhbərinin Dezi Bauterse olduğunu yadımda saxlaya bilirəm. Adam 36 ildir diktatorluq edir, necə yaddan çıxsın.
Məsələ də elə bundadır. Diktator siyasi (eləcə də bioloji) baxımdan nə qədər uzunömürlü olsa, bir o qədər yadda qalır, məşhur olur. Cənubi Koreyada isə ölkədə prezidentlər və baş nazirlər çox tez-tez dəyişir, birinin adını əzbərləyib yadda saxlayırsan, bir də eşidirsən ki, bay, yeni, növbədənkənar seçki olub, rəhbərlər dəyişib. Yuxarıda dediyi kimi, bu yazını yazanda Google-yə baxdım və Cənubi Koreyanın prezidentinin Pak Kin He, baş nazirinin isə Huvanq Kyo-ahn olduğunu öyrəndim. Üç gündən sonra bu adları xatırlamağa çalışın, yadınızda qalmış olsa, demək, fenomenal yaddaşınız var.
Şimalda isə 68 ildir ki, hakimiyyətdə Kimdir (1948-dən 1994-ə qədər baba Kim İr Sen, 1994-dən 2011-dək oğul Kim Çen İr, 2011-dən bəri isə nəvə Kim Çen In). O üzdən yaddan çıxmırlar. Üstəlik, Cənubi Koreyanın rəhbərləri səy-səy xəbərlərlə dünya mediasının gündəminə gəlmirlər, başlarını aşağı salıb işlərini görürlər. Kim Çen Inın adı isə hər gün nəsə bir səfeh, sərsəm, əndirabadi, gicqulu xəbərdə anılır və bircə gün ondan yeni bir xəbər gəlməyəndə dünya oxucuları darıxır.
İndi bu iki qardaş xalqın, öz təbirimizlə desək, bir millət-iki dövlətin şimal hissəsinin rəhbəri qurultayda birləşməkdən danışıb və Koreya yarımadasında yaşayan 75 milyon (50 milyon cənubda, 25 milyon - şimalda) adam həyəcanlanıb. Bir yanda tarixi birləşmə yanğısı, yaralı Araz dərdi, bütöv millət olma arzusu var, o biri yanda 70 illik ayrılıqdan sonra birləşmənin doğuracağı saysız-hesabsız problemlər.
Bu, təxminən qatı duzlu suyla şirin suyun birləşməsi kimi bir şey olar. Obrazlı danışmağı davam etdirsək, Şimali Koreya və Cənubi Koreyanın birləşməsini ağ və qara boyaları qatışdıranda alınan rəngə bənzətmək olar. Ortaya xaşagəlməz bir bozluq çıxacaq və heç kəs də ayırd edə bilməyəcək ki, bu, bozun əlli çalarından hansıdır.
O vaxt, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra Almaniya Federativ Respublikasıyla Almaniya Demokratik Respublikası 44 illik ayrılıqdan sonra birləşəndə ortaya xeyli problem çıxdı. Deyilənə görə, şərqi almanlarla qərbi almanlar hələ də birləşib qurtarmayıblar, proses davam edir, oxumuş adamlar deyir ki, Almaniyanın qərbi ilə şərqinin çulğaşması prosesi təxminən 44 il çəkəcək.
Bu baxımdan hər iki dövlətin rəhbərliyi və xalqı sidq-ürəkdən istəsə də Koreya yarımadasında vahid dövlətin əmələ gəlməsi zırıltı işdir.
Aradakı fərqlərə baxaq. Şimali Koreyanın dövlət büdcəsi 33 milyard dollar həcmindədir, Cənubi Koreyanın büdcəsi isə 1 trilyon 457 milyard dollardır. Bu, təxminən imarətdə yaşayan milyarder qardaşın çovustanda yaşayan qardaşla eyni evdə yaşamağa başlaması kimi bir şeydir. Özü də kasıb qardaş qürurludur, trilyon yarımlıq varidata şərik çıxmaq istəyir, amma deyir ki, varlı qardaş özünü böyük kimi aparmasın, o öz tərəfində kimi istəyirsə özünə rəhbər seçsin, amma biz şimalda daima Kimi, bir də Kim kimi desə, onu seçəcəyik.
Anlaşılan odur ki, şimalda hakimiyyət başında Kim qəbiləsi və onların zombiləşdirdiyi partnomenklatura güruhu qaldıqca, heç bir birləşmə, bütünləşmə ola bilməz.
Bir də nə qədər ki, kollektivlər, milyonlarla gənc, qoca, qadın, uşaq qüdrətli rəhbər Kim Çen Inı görəndə riqqətə gəlir, kütləvi şəkildə ağlaşır, özlərindən gedirlər, onlardan heç zad olan deyil.
Cənubda isə prezident Pak Kin Heni və baş nazir, adı nəydi onun, (müəllif yenidən Googleyə baxır), hə, Huvanq Kyo-ahnı küçədə görəndə çox adam tanımır, sadəcə, kiməsə oxşadırlar.
09.05.2016, 08:03
347 baxış
Samir Sarı
Kimlərə qaldı dünya...