Uzun illər öncə Rusiyada neofaşizm yeni-yeni dənzərməyə başlayanda jurnalistlər qalmaqallı siyasətçi kimi tanınan Vladimir Volfoviç Jirinivskidən milliyətini soruşmuşdular. Əslində adamın atasının adının Volf olmasından çıxış edərək bilmək olardı ki, o, rus oğlu deyil, görünür, bunun belə olduğunu onun, özünü bütün dünyaya liberal-demokrat kimi təqdim edən, əslində isə faşistin yekəsi olan Jirinovskinin öz dilindən eşitmək istəmişdilər. O da demişdi ki, anam rusdur, atam isə... hüquqşünasdır.
Əlbəttə, Volfoviç burada diplomatlıq eləmişdi, “atam yəhudidir” demək əvəzinə elə demişdi və özü barəsində hələ də unudulmayan bir lətifə yaratmışdı. Hərçənd Jirinovskinin atasının rus yox, milliyyətcə hüquqşünas olması onun başqa millətləri xor görən ruslardan hər seçkidə 10 milyon səs almasına mane olmur.
Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da bənzər situasiya qarşısında qalıb. Kim harda nə yazıbmışsa, yaxud deyibmişsə, cənab Ərdoğan xitabət kürsüsündəki növbəti çıxışı zamanı (insaf naminə, cənab hər gün xitabət kürsüsündə olur) bu məsələyə toxunub və deyib: “Atamdan soruşdum ki, biz türkük, yoxsa laz. Rizəliyik axı, bəziləri türk deyir, bəziləri laz deyir. Atam cavab verdi ki, babamdan soruşmuşdum, demişdi ki, axirətdə Allah bizdən dinimizi, peyğəmbərimizi, imanımızı soruşacaq, milliyyətimizi soruşmayacaq”.
Göründüyü kimi, çox ağıllı və diplomatik cavabdır. 80 milyona yaxın əhalisi olan dövlətin başçısı mən “türk oğlu türkəm”, yaxud “laz oğlu lazam” və ya “anam kürd qızıdır, atam çərkəz oğludur” deməməlidir, elə cavab verməlidir ki, hamı onu özününkü bilsin.
İntəhası, hansısa bir millətin dominant olduğu ölkələrdə (Almaniya, Fransa, İngiltərə, Rusiya, Çexiya, Finlandiya və s.) istər-istəməz böyük vəzifə yiyəsinin etnik mənşəcə kim olmasına fikir verirlər. Amma ABŞ, Belçika, Kanada, Avstraliya kimi hibrid ölkələr də var ki, onlarda dövlətin birinci şəxsinin milli kimliyi önəm daşımır. Elə olmasaydı, keniyalı Hüseyn kişinin oğlu gəlib ABŞ-ın prezidenti ola bilərdimi? Olmazdı. Qoymazdılar. Bir müddət əvvəl olsaydı, həm camaat səs verməzdi, həm də “Ku-kluks-klan” təşkilatı gecəylə gələcək senatorun başına bir güllə vurardı ki, yekəlib prezident olmasın.
Bu baxımdan Perunun keçmiş prezidenti Alberto Fuximori çox şanslı adam idi. Yəni o, ən azı 10 il şanslı olub, sonra çarxı çevrilib. 1990-cı ildə Fuximori milliyyətcə yapon ola-ola gəlib əhalisinin əksəriyyəti hindu qəbilələrindən ibarət olan Perunun prezidenti seçilib. O sağolmuşlar düz on il ona deməyiblər ki, sən yaponsan, biz isə yapon deyilik. Amma Fuximori 2000-ci ildə dirəşib seçkiləri saxtalaşdıranda, hakimiyyəti əlində zorla saxlamaq istəyəndə hinduların və o biri aborigen xalqların başı çönüb, deyiblər, bəsdir daha, yaponsan, get Yaponiyaya.
Əslində ölkədə demokratik rejim olanda, qanunun aliliyi qorunanda, seçib-seçilmək məsələsi problem olmayanda kiminsə milliyyətinə o qədər də diqqət yetirmirlər. Amma adam gəlib ölkəni xarabazara çevirəndə, altından girib üstündən çıxanda, öz millətinin gicqulu gədələrini gətirib başa çıxaranda, istər-istəməz aborigen etnik çoxluğun nümayəndələri orda-burda qımıldanırlar ki, bə biz adam deyilikmi, biz də gömrükdə işləyə bilmərikmi.
Vaxt olub ki, bizim yaşadığımız ölkədə (SSRİ-də) dövlət başçılarının hansı millətdən olduğuna fikir verməyiblər. Məsələn, gürcü Stalin, yəhudi Kaqanoviç, erməni Mikoyan, meqrel Beriya böyük rus imperiyasını idarə ediblər. Onların vaxtında SSRİ dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Ancaq sonra ruslar fikirləşiblər ki, öz imperiyamızdırsa, rəhbər də həmişə bizdən olmalıdır. Beləcə, araya pərxaşlıq düşüb.
Belə məsələlərdə hazırda ən əlverişli mühit Ukraynadadır. Ölkənin baş naziri yəhudi Qroysmandır, daxili işlər naziri erməni Avakovdur, ən böyük vilayətinin qubernatoru isə gürcü Saakaşvilidir. Sabah bizim xalqın bir istedadlı oğlu da Kiyev meri olsa, qürur duyacağıq. Amma bir ukraynalı məmur gəlib burda dılğır bir vəzifə tutsa, deyəcəyik, ey İvan, sən hara, bura hara.
19.04.2016, 07:22
231 baxış
Samir Sarı
Volfoviç, Ərdoğan, Fuximori, Saakaşvili