Bizim bu sosial şəbəkə camaatının qərib bir xasiyyəti var, bu günə bu gün mazutun rəngini müzakirəyə çıxar, yekdil olmazlar. Mütləq rəylər haçalanacaq, ən azı ikitirəlik düşəcək. Bir tirə deyəcək ki, mazut qaradır, o biri deyəcək,keçmişdə bəlkə də elə olub, amma indi məsələyə başqa prizmadan, qeyri-səlis məntiqlə yanaşmaq lazımdır.
Budur, internet resurslarında bir yol polisi ilə bir sürücü qadının qovğasını əks etdirən videkadrlar yayılıb və sosial şəbəkə əhli iki qeyri-bərabər hissəyə ayrılıb. Hələlik əksəriyyət qovğa zamanı boyun-boğaz nahiyəsinə aldığı və düzgün təsnifatlandırıla bilinməyəcək (bu yumruqdumu, şilləydimi, itələtməydimi, yaxşı bilinmir) zərbə nəticəsində asfalta sərilən qadının tərəfindədir.
Heç kim sifətin cırılmış-cızılmış xəsarətləri diaqnozu ilə təcili şəkildə hospitala yerləşdirilən yol polisinin halına yanmır, hamı hesab edir ki, belə filmlərə əvvəl bir-iki dəfə baxıb. (Bu məsələyə sonrakı abzaslarda bir daha qayıdarıq).
Bununla belə, əri maşının qabaq oturacağında ola-ola özü maşınından enib yol polisi ilə əlbəyaxa olan qadının hərəkətlərini qınayanlar da var. Bəziləri sırf onun geyiminə vurğu edir, deyirlər, qışın oğlan çağında, hamının qalın gödəkçədə olduğu bir zaman bu qadın niyə əyninə yay-kurort tişortu geyib. Amma bunun məsələyə, qadının sosial statusuna, peşəsinə heç bir dəxli yoxdur. Görünür, avtomobilin içi istidir, üstəlik, qadın qalın geyinəndə sükan arxasında tıncıxır, ona görə yüngül geyinib. Bu heç.
Əsas qınaq obyekti yol polisinin davranışdır. O, qadını zərblə özündən aralayır, amma çəkiləri arasında iki dəfəlik fərq olduğu üçün qadın yıxılır və bu hərəkət “cənnətin anaların ayağı altında olduğu”nun dəqiq təsbit edildiyi ölkədə kəskin reaksiya doğurur.
Polisin müdafiəçiləri deyirlər ki, bəs o, nə edəydi, axı sürücü qadın ona müqavimət göstərirdi, üzünü və poqonunu cırmaq istəyirdi. Bu fikrə qarşı olanlar isə bildirirlər ki, yox, hər necə olsa da, yol polisi dözümlü yanaşmalıydı.
Elə adamlar var, yazırlar ki, eh, bu hadisə təriflədiyiniz Amerikada olsaydı, şerif müqavimət göstərən qadını yerindəcə güllələyərdi. Burası doğrudur. Gerçəkdən də hər il ABŞ-da polislər 500-1000 arası adamı belə hərəkətinə görə güllələyirlər. Bəzi qurbanlar heç müqavimət göstərmək istəmirlər, sadəcə, əlləri instinktiv olaraq ciblərinə tərəf gedir və polis onun tapançaya əl atdığını düşünür. Bayaqdı ha, pişto açılır - özü də dalbadal 3 dəfə. Bu da heç.
Bir çoxları (bunlar üçüncü tirədir) isə avtomobilin qabaq oturacağında oturan ərin soyuqqanlılığından heyrətlənib. Onlar deyirlər ki, bu necə ərdir, arvadını vurub asfalta səriblər, amma o, yerindən qımzanmır, maşından düşmür.
Şəkkak adamlar deyirlər, siz bilmirsiniz, o maşından düşməyən adam heç də ər deyil, ər olsa düşərdi. Sual çıxır: bəs kimdir? Cavab belədir: O adının çəkilməsini, üzünün görünməsini istəməyən sərnişindir, ailə dostudur, ona görə qovğaya qarışmaq istəmir. Çox xub. Demək, belə də olur. Kəşfiyyata belə adamla gedəsən. Soyuqqanlı olduğuna görə.
Sürücü qadını qınayanlardan bəziləri deyirlər ki, axı o, niyə bu qədər həyəcanlanırdı? Çox da ki, yol polisi onun avtomobilini saxlayıb, tutaq ki, cərimə də yazacaq, nə olsun? Hər gün minlərlə sürücünün başına gələn işdir. Ona qalsa, gecə saat 2-də sükan arxasında içkili tutulan xanım prodüserlər və müğənnilər gərək intihar eləsinlər.
Yaralı yol polisinin təcili şəkildə lazaretə yerləşdirilməsinə gəlincə, gərək bu işi təşkil edənlər heç nəyi olmasa da, mundirin reputasiyasını nəzərə alaydılar.
Sovet vaxtı bizim rayonda belə bir hadisə olub. Üzüm bağının gözətçisi görüb ki, bağa oğru girib, üzüm oğurlayır. Ağsaqqal tüfəngi götürüb, qaraltılara doğru bir güllə atıb. Qırmalar gəlib bir sovet əsgərinə dəyib və o, “Fedya, tı beqi, ya umirayu” deyərək ölüb. Gözətçini tutublar. Məhkəməsi olub. Ağsaqqal məhkəmədə özünə belə bəraət qazandırıb: “Məni qoruyan əsgərə bax ey, bir gülləyə öldü”.
İndi o ağsaqqalın sözü olmasın, yolu qoruyan polisə bax, bir cırmaq yarasından hospitala düşüb.
02.03.2016, 07:37
717 baxış
Samir Sarı
Arvad döyüləndə maşından düşməyən ər