Görəsən, Samirə Nəsirova ilə bağlı cinayət işində nə yenilik var? Cinayətin üstü isti izlərlə, qaynar-qaynar açıldımı, xanımın oğru qulluqçusu tapılıb tutuldumu?
Biz bu məsələni diqqətdə saxlayacağıq, necə deyərlər, mövzuya qayıdacağıq, hələ qarşı tərəfin mövqeyini də verməyə hazırıq, yetər ki, o adam (Şərəfnisə) ortaya çıxsın və desin ki, həmkarımızın mənzilini necə və niyə soyub.
Bununla belə, hesab etmək olar ki, indilikdə məchulluğa varmış oğru cinayətlə yanaşı, xırda bir savab iş də görüb, həmkarımızı və onun rəhbərlik etdiyi qəzeti bizə, ictimaiyyətə tanıdıb.
Əgər o oğurluq hadisəsi baş verməsəydi, kim bilir, biz ölkədə “Ata yurdu” adlı qəzet çıxdığını nə vaxt biləcəkdik. Olsa-olsa xanıma “Tərəqqi” medalı veriləndə öyrənəcəkdik.
Sözügedən oğurluq faktı haqqında xəbəri oxuyuram, 11-ci sinif məzunlarının hər il yüz min dəfə təkrarladığı ifadə ilə desək, həm sevinirəm, həm də kədərlənirəm.
Sevinirəm, ona görə ki, xanım həmkarımız təminatlıdır, evi, pulu var, hələ maşın da alacaqmış. Kədərlənirəm, ona görə ki, bu boyda varidat oğruya qismət olub.
Ancaq xəbəri oxuyanda, açığı, bir cümlədəki iki nüansa mat qalmışlığım da oldu. Həmin cümlə belədir: “Nəsirova bildirib ki, avtomobil almaq üçün saxladığı 48 min manat pul da həmin vazada olub. Səhəri gün səhər saatlarında təcili evdən çıxıb işə gedən 36 yaşlı qadın qızıl və pulu evdə unudub”.
Birincisi, ona mat qalmışam ki, həmkarımız ilin-günün bu vaxtında, iki devalvasiyanının bir manatın belini əydiyi, üçüncünün gözlənildiyi bir vaxtda 48 min manatı maşına necə verəcəkmiş? Belə bahalı maşın onun nəyinə lazımdır? Düz-dünya 15-20 min manatlıq əla avtomobillərlə doludur. 48 mini maşına o adam verər ki, ya şou-biznez ulduzudur, ayda 25 toya gedir, ya da vəzifəli məmurdur, hər gün pul-parası gəlir. Adi jurnalistdə o qədər pul-para hardandır?
Düzdür, hiss olunur ki, Nəsirova adi jurnalist deyil, baş redaktordur, bir zamanların dəbdə olan ifadəsi ilə desək, media kapitanıdır, amma almaq istədiyi maşın gəmi kapitanın almaq istədiyinə tən gəlir.
Ömrünün 20 ilini postsovet dövrünün mətbuatına verən, ölkənin ən populyar, ən çoxtirajlı qəzetlərində, agentliklərində işləyən qeyri-adi jurnalistlər tanıyıram ki, işə ya metroyla, ya da beş min manata aldıqları beşinci əl avtomobillə gəlib-gedirlər (o da hələ maşın onları yolda qoymasa). Ancaq işə bax ki, söz-sənət aləminə ondan 15 il sonra atılan xanım 48 minlik maşın almaq fikrindəymiş. Görünür, onun mətbuatdakı yolu, gəncəlilərin sözü olmasın, qırdırmasına (kəsə) olub.
Sonra da deyirlər ki, jurnalistikada pul yoxdur. Varmış. İdarələrin aparat rəhbərlərinin 170 min manata iş düzəltdikləri, İH başçısının müavinü, məktəb direktoru, şöbə müdiri vəzifələri alıb-satdığı ölkədə qəzet çıxarmaq da gəlirli iş ola bilər. Yetər ki, adamın fərasəti olsun.
Əslində heç kağızın bu baha vaxtında qəzet çıxarmağa, sayt açıb hər dəqiqə yeniləməyə, nəsə yazmağa da ehtiyac yoxdur. Vəsiqə düzəltmək bəsdir. Ondan sonrası asandır. Amma gərək bir az təvazökar olasan, özünü çox da gözə soxmayasan.
Odur, bax, “Ata yurdu” qəzetinin tirajı təxminən “Gardian”ın tirajı qədərdir, amma onun baş redaktoru nə qədər təvazökar xanımdırsa, biz onu indiyəcən tanımamışıq. O gün bir gənc həmkarımız, “bir baş redaktorun evini soyublar” deyərək, ardınca da onun adını çəkəndə, biz təcrübəli jurnalistlər xanımı tanımadıq və təxminən 48 saniyə xəcalət çəkdik.
Sadəcə, bir az sonra məlum oldu ki, bəzi əməkdaşların çəkdiyi xəcalət başqa şeyə görə imiş. Adam xəcalət çəkə-çəkə fikirləşirmiş ki, özü 15 ildir mətbuatdadır, amma cibində 48 manatı yoxdur.
Bu, əlbəttə, istedad, fərasət, bir az da qismət məsələsidir. Hər kəs öz bacarığının, qabiliyyətinin xeyri görür. Görünür, qulluqçusu tərəfindən 48 mini və bir xeyli də qızıl-zinət əşyaları oğurlanan xanım digər kasıb həmkarından daha istedadlı və fərasətlidir.
Bəli, bu ölkədə evində qulluqçu saxlayan jurnalistlər də var.
25.02.2016, 07:34
182 baxış
Samir Sarı
Gəmi kapitanı kimi media kapitanı