Test üsulu ilə tələbə qəbulu məsələsinə bir həftənin içində ikinci dəfə qayıtmağımızın başlıca səbəbi bu söhbətin daha da böyüməsidir.
İctimaiyyət arasında nazir Mikayıl Cabbarovun testlə qəbulun ləğvinə və ya təkmilləşdirilməsinə dair dedikləri ciddi ajiotaj doğurub və bu ajiotajın artan xətt üzrə davam edəcəyi gözlənilir.
Elə adamlar, hətta tanınmış ziyalılar var ki, açıq şəkildə nazirin fikirlərini müdafiə edir və testlə qəbulun ləğvinin vacibliyini vurğulayırlar.
Elələri də var ki, nazirin dediklərini malalayır, pərdələyirlər, onun sözlərinin kontekstdən çıxarıldığını bildirirlər. Guya ki, nazir bu sözləri deyərkən, test üsulu ilə qəbulun qaydalarının təkmilləşdirilməsini nəzərdə tutub.
Cəmiyyət ortaya atılmış təşəbbüsün yaxşılığa doğru addım olmadığına qəti əmindir, düşünür ki, bu planın həyata keçirilməsi sovet dövründəki “qəbul mafiyası”nın dirildilməsi, həmin mənfur ənənənin dirçəldilməsi deməkdir.
Öz övladının savadına, biliyinə güvənən heç kəs istəmir ki, onun uşağı yüzdə səksəni vicdansız və tamahkar müəllimlərdən ibarət qəbul komissiyasının, “imtahan götürənlər”in qarşısında otursun və onların subyektiv qiymətləndirmələrinin qurbanı olsun.
Ötən vaxtlarda çox olub, “əla”ya layiq biliyi olana “yaxşı”, “yaxşı” almalı olana “kafi”, “kafilik bilənə ”qeyri-kafi" qiymətlər veriblər. Və əksinə. O illərdə çox dəb olan bir söz vardı, müəllimlər qiymətini kəsdikləri uşağa deyirdilər: “Eybi yox, bala, hələ cavansan, get, gələn il hazırlaşıb gələrsən”.
O vaxtlar minlərlə gənc oldu ki, “gələn il hazırlaşıb” gəlmədilər, gələnlər isə “müsabiqədən keçmədi”. Az-az istedadlı gənclər uzun illər çabalayandan, hərbi xidmətlərini çəkib gələndən, israr göstərəndən, titanik iradə sərgiləyəndən sonra xəyalını qurduğu universitetə daxil ola bilirdi.
İki onlar qədəri isə bezir, ruhdan düşür, yarı yoldan qayıdır, ya istədiyi ixtisas üzrə ali təhsil almaqdan vaz keçirdi, ya da başqa, sevmədiyi ixtisası seçirdi.
Ancaq indi elə deyil. İstedadlı, bilikli gənc barmağını hara tuşlayırsa, 650-700 balını yığır və heç bir ödəniş etmədən, rüşvət vermədən arzuladığı universitetin istədiyi fakültəsinə daxil ola bilir.
Budur, 24 ildir ki, tələbə qəbulu testlə keçirilir, bir adam barmağını qatlasın ki, 500, 600-dən yuxarı bal toplayacaq qədər biliyi olan bir abituriyentə qarşı haqsızlıq olub, onun qiymətini kəsiblər və o ali məktəbə daxil ola bilməyib. (Topladığı bal üzrə ixtisası düzgün seçə bilməyənlər, çox bal topladığı halda tələbə olmayanlar istisnadır, günah onların özlərində olur).
Yaxud da heç bir biliyi, savadı olmayan bir abituriyentin 650-700 bal toplayanlarla eyni fakültəyə qəbul olduğuna dair fakt yoxdur, (Sonradan başqa ölkələrdəki universitetlərdən köçürmə yolu ilə gələnlər də istisnadır, belə faktlar var və bunlar testlə qəbulun qüsuru deyil, rüşvətxorların günahıdır).
Yəni testlə qəbul savadlı abituriyentə daima yaşıl işıq yandırır. Onun qırmızı işığı isə bisavadlar üçün həmişə yanılıdır.
Belə olandan sonra bu məsələdə hər hansı bir düzəliş eləmək, düzəni pozmaq, qaydanı dəyişmək həmin yaşıl və qırmızı işıqların funksiyasını dəyişdirmək, tələbə qəbulunda xaos yaratmaq cəhdidir.
Bulanıq suda balıq tutmaq asandır, suyu bulandıranların əsas məqsədi də qəbul mafiyası təşkil edərək milyardlar qazanmaqdır. Bu, birmənalıdır. Əgər o mafiozların məkrli planı həyata keçsə, bir-iki ildən sonra yeni milyonçular kastası əmələ gələcək - “qəbula düşən müəllimlər”.
Bir məsələ də var. İctimaiyyət arasında testlə qəbulun ləğvini istəyən on minlərlə sıravi vətəndaş da ola bilər. Bunlar o adamlardır ki, övladlarının zehni, zəkası ali təhsil almalarına müsaid deyil, ancaq o valideynlər istəyirlər ki, “uşağın əlində bir parça kağız (diplom) olsun” ki, sabah onu “bir karlı yerə düzəltmək” çətin olmasın.
Belə düşünən valideynlər üçün təhsildə rüşvət qapısının açılması göydəndüşmə olardı. Bəs bu halda kimlərin qapısı bağlanacaq? Məlumdur: biliklilərin, istedadlıların, çalışqanların.
Bu halda onlar azlıqdadır. Rüşvət almaq istəyənlərlə rüşvət vermək istəyənlər birləşsələr, korrupsiya koalisiyası qursalar, savadlıların işi çətin olacaq.
24.02.2016, 06:56
207 baxış
Xalid Kazımlı
Korrupsiya koalisiyasının bərpası