İnternet resurslarında heyvanlar aləminə dair populyar videolar var, onlardan biri azı yüz min dəfə paylaşılıb. İbrətamiz videosüjetdir. Kadrlarda bir at balası - körpə qulun görünür, bir yetkin və ac aslan onu bir azca qovub tutur, parçalamaq istəyəndə hələ çox körpə olduğunun fərqinə varır, quluna dəymir, pəncəsi ilə başını sığallayır.
Bu əsnada başqa ac aslanlar yaxınlaşırlar və əllərinə düşmüş körpə şikarı yemək istəyirlər. Ancaq mərhəmətli aslan bu təzə-təzə oynaqlayan at balasının didilməsinə imkan vermir, onu müdafiə edir və təhlükəsiz yerə qaçmasını təmin edir.
Bu videoya baxanda mərhəmət hissinin təkcə insana xas olmadığını anlayırsan. Demək, bu nəcib duyğu şüursuz hesab etdiyimiz heyvanlarda da var. O cür heyvanlara baxanda ali şüura malik insanın yersiz amansızlığı, lüzumsuz qəddarlığı, vəhşiliyi heyrət doğurur.
Necə olur ki, bir heyvan öz növündən, fəsiləsindən olmayan başqa bir heyvanı sırf körpə olduğuna görə bağışlayır, ona şikar gözü ilə baxmır, ancaq ağıllı-kamallı insan öz körpə balasının canına qıyır?
Bunu tibb elmi (psixiatriya) belə izah edə bilməz. Burada artıq nə ali şüurdan, nə nəcib duyğulardan söhbət gedə bilməz. Bu, güman ki, cürbəcür ruhi xəstəliklərin yeni növüdür - nəsə sonradan qazanılmış sindromdur.
Beyləqanda baş verən hadisə - atanın öz körpə oğlunu qətlə yetirməsi həmin sonradan qazanılmış sindromun, hansısa psixi pozğunluğun nəticəsi olmalıdır. Bunu yapan adama heç cür ağıllı, hətta yarımağıllı da demək olmaz. Normal insan öz qatı düşməninin körpə balasına qıya bilmir, o da ola öz canından, qanından olan ciyərparasına əl qaldırsın. Mümkün deyil.
Yəqin ki, uzun illərin içki düşkünlüyü oğul qatilinin beynini o dərəcədə xarab edib, o dərəcədə məhv edib ki, o, anlaqlılığını itirib. Nifrət onun gözünü o qədər tutub, bir damcı qalmış beynini o şəkildə dumanlandırıb ki, o məxluq hiddətini cilovlaya bilməyib və çox amansız bir əmələ qol qoyub.
Düzdür, tarixdə öz övladlarını qətlə yetirən yüzlərlə, minlərlə məşhur və sıravi adamlar olub, günümüzdə də var. Ancaq onların hamısının bir motivi olub, bu vəhşət dolu qətli həyata keçirərkən bəlli bir məqsəd güdüblər. Məsələn, dünənə qədər “adil Osmanlı hökmdarı Qanuni Sultan Süleyman” deyə öyülən padşah sırf varisinin hakimiyyətinin təhlükəsizliyi naminə öz körpə nəvələrini (1-7 yaş arası) boğdurub. Ancaq bu fakt bütün faciəvi detalları ilə geniş ictimaiyyətə məlum olandan sonra ona münasibət xeyli dəyişdi. İndiyədək adamlar bu tarixi fakta statistika prizmasından yanaşırmışlar, amma körpə uşaqları əsir-yesir edilən, edama götürülən şahzadə Bəyazidin yaşantılarının nümayiş etdirilməsi tarixi hadisənin faciəviliyini bariz şəkildə göstərdi. Hətta məşhur filmin yaradıcıları Sultan Süleymanın reputasiyasını xilas etmək üçün onun həyata keçirdiyi bənzər qətllərin, daha pis qəddarlıqlarının üstündən keçdilər.
Bəli, dünya binnət olandan bəri övlad qətli hər zaman lənətlənib - səbəbinin nə olmasından asılı olmayaraq.
Günümüzdə də belədir. Bu gün qardaşın qardaşı, qardaşın bacını qətlə yetirməsinə bu və ya digər şəkildə izah verənlər, haqq qazandıranlar tapılır, amma övladın valideyni, valideynin övladı qətlə yetirməsi bütün hallarda heyrət, hiddət doğurur.
Bəzən belə müdhiş qətllərdən söhbət düşərkən günahkar, cavabdeh axtarışına çıxır, gəlib dövləti, cəmiyyəti məsul tuturlar. Dolayısı ilə bəlkə də bu məsələdə dövlətin, cəmiyyətin, hökumətin məsuliyyət payı var, amma öz iradəsi ilə özünü alkoqolun, narkotik maddələrin quluna çevirmiş, psixikası pozulmuş insanların qarşısını almaq mümkün deyil. Belələri dünyanın ən yüksək rifahlı ölkələrində də var. Məsələn, 77 nəfəri (70-ə yaxını yeniyetmə) yarım saatın içində güllələyib öldürən norveçli Breyvikin vaqiəsini xatırlayaq. Adamın heç bir maddi problemi yox idi, amma o cür qəddarlıq etdi.
İndi çoxları deyir: belə də ata olarmı? Əlbəttə, olmaz. Beyləqanlı qatil nəinki ata, heç insan da adlana bilməz. O, bir canavardır.
İlan başı üzərindən atılan gülləyə necə sıçrayırsa, əsl ata da oğluna atılan güllənin önünə o cür atılmalıdır, bircə saniyə tərəddüd edirsə, demək, ya qorxaqdır, ya da əclafdır.
18.02.2016, 06:36
225 baxış
Xalid Kazımlı
Ac aslan qədər mərhəmətli olmayana insan deyilməz