Bizim meridianın, coğrafi paralelin insanları başqa yerlərə nisbətən bir az artıq tamahkardırlar, elə deyilmi, əziz oxucular? Mən elə bilirəm. Neçə illərdir izləyirəm, əlimdən ildə, yalan olmasın, bir milyon informasiya keçir, oturub analiz edirəm və görürəm ki, tamahkar bir cəmiyyətdə yaşayırıq.
Təsəvvür edin ki, insan gözünü dünyaya açanda ilk təmas qurduğu, ilk dil açanda adını dediyi adamı sırf tamahkarlıq məqsədilə öldürür.
Dünənlərdə baş verən əhvalatı bilirsiniz, məşhur qızıl alverçisinin qatili öz gənc qızı çıxdı. Hələ qətlin motivlərini, detallarını tam bilmirik, amma ortada nankorluq və tamahkarlıq amillərinin olduğu birmənalıdır.
İndiyə qədər çox belə hadisələr olub, bu da o xanədəndir. İndən belə də olacaq. Dünya malına görə bir-birini güllələyən qardaşlar var. Onsuz da istifadə etmədikləri bir metrlik torpağa görə 20 ildir bir-birilə kəlmə kəsməyən qohumlar tanıyıram.
Bu ölkədə dollar milyonçuları var ki, özü, nəsli, züryətləri bola-bol xərcləsələr, pulları təxminən 250 il qurtarmaz, amma bunlar dincəlmirlər, gözləri doymur, hey artırmaq istəyirlər.
Biri vardı, şəhərin hansı tərəfindən keçirdin, görürdün, möhtəşəm bir villa tikdirir, ahıl yaşında tikintilərin üstündə dururdu ki, iş icraçıları və fəhlələr material oğurlamasın. 50 otaqlı kaşanələri vardı. Adam bir ucdan imarətlər tikdirə-tikdirə gedirdi. Hər dəfə “bu da filankəsin villasıdır” deyiləndə deyirdim, bu ağıllı adam olsaydı, yaxın qohum-əqrəbasını da yanına alıb bir kruiz gəmisinə minər, dünya səyahətinə çıxardı, şəkillər çəkə-çəkə ömrünün yerdə qalan hissəsini asudə yaşayardı. Amma yox, adamın sorağı həmişə tikinti meydançalarından gəlirdi, deyirdilər, soyuqda əsə-əsə, istidə təntiyə-təntiyə yeni villasını tikdirir. Bir gün xəbər gəldi ki, o ahıl milyonçu rəhmətə gedib. Təsəvvür edin, adam o qədər evlər, saraylar tikdirdi, birinin içində bir gün yaşamadı, öldü.
Təkcə milyonçular deyil, bu ölkənin kasıbı da tamahkardır, istəyir ki, az işləsin, bəzən heç işləməsin, amma çox qazansın.
Bu bayram günlərində pilləkəndə qonşulardan biri ilə rastlaşdıq, dedi ki, qonşu, problemim var, hamamımın çəni deşilib, damcılayır. Zarafatla dedim ki, vallah, gücüm yalnız sənin problemini yazıb ictimailəşdirməyə çatar, amma bu da ictimai-siyasi problem deyil, ən yaxşısı qaynaqçı tapmaqdır. Allahdan binanın girəcəyində “SIVARŞİK xidməti” elanı vardı, nömrə də qoymuşdular. Qonşum zəng elədi, 10 dəqiqədən sonra qaynaqçı aparatı da qoltuğunda gəldi. Adam uzun-uzadı çənin deşilmiş, su daman yerinə baxdı, baxdı, axırda dedi ki, burda xeyli iş var, çürümüş yeri kəsməliyəm, “latka” atmalıyam, qaynaq etməliyəm və s. Gözəyarı baxdım, dedim ki, eloğlu, burda 2 dəqiqəlik iş var, uzağı bir elektrod sərf edəcəksən. Yenə başladı uzun-uzadı danışmağa. Qonşum bezdi, dedi ki, yaxşı bu işi neçəyə görəcəksən. Qaynaqçı fikrə daldı, dilini sürüdü. Gözlərindən oxuyuram ki, bu saat o, 5-10 manatlıq işə görə 50 manat istəyəcək. Qonşum dedi ki, çox fikirləşmə, uzağı 10 manatlıq işdir. Nəhayət, qaynaqçı öz qiymətini dedi: 30 manat. Razılaşmadılar. Başqa qaynaqçı gəldi, 10 manata danışdılar, usta 2 dəqiqəyə çənin deşiyini qaynaqladı, yaxşı iş gördüyünə görə qonşum 5 manat da artıq verib yola saldı.
Ertəsi gün qonşum qaynaqçı ilə rastlaşıb, qaynaqçı soruşub ki, nə oldu, çəni düzəltdirdinmi, bu da deyib, 15 manata düzəltdirdim, sən yemədin, o aldı, yedi. Gün boyu bekar-bekar oturub varlı müştəri gözləyən qaynaqçı müdrik-müdrik ona deyib: “Qismət...”
A kişi, nə qismət. Qismət ayağına gəlmişdi, iki dəqiqə zəhmət çəkərdin, 15 manat qazanardın, evində çörəyin olardı. Tamahkarlığının üzündən günlərlə bekar oturanda nə qazanırsan? Hələ yaxşı ki, adam bu tamahla gömrük generalı deyil. İndikilərin atasına rəhmət oxutdurardı.
Dediyim odur ki, oxumuş adamlar demişkən, mental olaraq bizim insanların əsas problemi tamahkarlıq, acgözlükdür. Başımıza gələnlərin çoxu bu üzdəndir. Ölkəni də bu hala tamahkarlar, acgözlər qoyublar. Budur, bax, o tamahkarların qabağını almasalar, inflyasiya ərşə dirənəcək, manatımız da Zimbabve dollarının gününə düşəcək. 1 dollar - 1 milyard manat. Onda hamımız milyarder olacağıq, amma yumurtanın birini 250 milyona alacağıq.
08.01.2016, 06:46
568 baxış
Samir Sarı
Tamahkar qaynaqçının əhvalatı...