Elə bir gün olmaz ki, dünyanın ən qapalı ölkəsindən - Şimali Koreyadan hansısa heyrətdoğurucu xəbər gəlməsin.
Görünür, Şimali Koreya heç də öz rəhbərlərinin düşündüyü qədər də qapalı deyil - dışarıya xeyli sayda informasiya sızdıranlar var. Sadəcə, bayırdan ölkəyə heç bir informasiya sızmır.
Eyni zamanda orası da var ki, Şimali Koreyanın gənc lideri Kim Çen In şöhrətpərəst adamdır, özünün, ölkəsinin adının dünya mediasında hallanmasından ləzzət alır.
Ancaq yüzdə doxsan doqquz halda Şimali Koreya haqqında yazılanlar mənfi səciyyəlidir, ölkənin zombilər yuvasına dönməsindən, gənc diktatorun qəddarlığından, aclıqdan, səfalətdən bəhs edir.
Budur, xəbərlər yayılıb ki, “Şimali Koreya hidrogen bombasını uğurla sınaqdan keçirib”. Ardınca ikinci xəbər gəlib: “Şimali Koreyada nüvə sınağı keçirilən yerdə zəlzələ baş verib”.
Daha bunun harası uğurlu sınaq oldu ki, bu partlayış yer altındakı tektonik süxurları hərəkətə gətirib, elə startdaca zəlzələ yaradıb, bundan sonra, kim bilir, necə zəlzələlərə səbəb olacaq.
Öz ölkəsində bir nəfər də yoxdur (və ola bilməz) ki, Kim Çen Ina, onun zombilərdən ibarət əyanlarına, yaltaq generallarına “hidrogen bombası nəyinizə lazımdır, ölkə səfalət içindədir” desin.
Bu sözləri nəinki deyənləri, hətta fikrindən keçirənləri belə top ağzına qoyub atarlar, külü də tapılmaz.
Bəli, 21-ci əsrin bu vədəsində dünyada belə bir dövlət, belə bir rejim də var. Milyonlarla insanı geniş bir ərazidə tikanlı məftillərlə dövrələnmiş düşərgədə məhbusa çeviriblər.
Sözün əsl mənasında belədir. Bu yaxınlarda bur rus rejissor Şimali Koreyada çəkdiyi filmdən və orada gördüklərindən danışmışdı, adam sadəcə olaraq heyrətlənirdi.
Heç demə, zülmlə, repressiyalarla, dinənin dilini kəsməklə, görənin gözünü çıxarmaqla bütöv bir ölkəni həbs düşərgəsinə çevirmək, hər kəsi dustaq etmək mümkündür.
“Ulu rəhbər”lərin bu ideyasına dəstək verən məmurlar və dustaqlara nəzarət edəcək konvoylar kontingenti tapmaq çox asandır. Ölkə dustaqlıqdan çıxıb konvoy olmaq istəyənlərlə dolub-daşır.
Rusiyalı rejissor belə bir faktı da qabartmışdı ki, Şimali Koreyada insanlar elə bilirlər, ölkələri hansısa xarici ölkəylə müharibə aparır və bu kasıblıq, kasadçılıq o üzdəndir, ölkədə hərbi vəziyyətdir, daha nə olsun.
Yəni ölkə insanları dünyadan bu qədər təcrid olunublar. Hətta onlara futbol üzrə ŞKXDR yığmasının dünya çempionu olduğu barədə yalançı xəbər verirlər, camaat inanır və kütləvi şəkildə sevinir.
Hər gün dünyada milyonlarla insanın acından öldüyü barədə rəsmi xəbər yayırlar, camaat quru çörək tapıb yediyinə şükür edir və Şimali Koreyada doğulub yaşadıqları üçün riqqətə gəlib ağlaşırlar.
Bizim rəsmi təbliğatçılarımızın “Avropa dağılır”, “Almaniya məhv olur”, “Fransa çökür”, “İsveçdə səfalətdir” başlıqlı materiallarla xalqı aldatmağa cəhd etmələrindən fərqli olaraq, Şimali Koreyada bu kələk baş tutur.
Ona görə ki, bu ölkədə nə internet var, nə mətbuat var, nə peyk anteni var. Bildiyimiz həbsxana. Vəssalam.
Bizdə isə hər gün yüzlərlə adam xaricə gedib-gəlir, minlərlə adam xaricdə yaşayan qohum-əqrəbası ilə görüntülü danışır, yüz minlərlə adam xarici medianı izləyir, dünyada baş verənlərdən xəbər tutur. Bu baxımdan AzTV-nin özünü ŞKXDR TV kimi aparması gülüş doğurur.
Əslində Şimali Koreya xalqının xarici düşməni yoxdur. Onlar ən çox Cənubi Koreyadan qorxurlar, bu ölkənin vətəndaşları isə onlarla eyni soydandır. Sadəcə, vaxtilə bölünüb ABŞ və SSRİ-nin təsir dairəsinə düşüblər. ŞKXDR rəhbərləri ailə hakimiyyətinin dövranının uzun olması üçün Stalin modelini seçiblər və hələ də o rejimi qoruyub saxlayırlar. Cənubi Koreyanın iqtisadi uğurları isə ötən əsrin möcüzələri sırasındadır.
İndi düzəltdikləri hidogen bombası da ŞKXDR-ə lazım olmayacaq. Heç kəsin bu səfalət, rəzalət içində batıb gedən ölkəyə hücum etmək niyyəti yoxdur. Yox, özü hansısa ölkəyə hücum etmək istəsə, onu bir zərbəylə yaman günə qoyacaqlar.
Bu ölkəyə baxdıqda pessimist olmamaq mümkün deyil. Çünki hazırda dünyada Şimali Koreya kimi qapalı ölkə olmaq, vətəndaşların hamısını dustaq etmək istəyən onlarla despot rejimi var.
07.01.2016, 07:58
424 baxış
Xalid Kazımlı
Həbs düşərgəsinə dönmüş ölkənin bombası