Milliyyətcə yəhudi olsa da, Azərbaycanda doğulub-böyümüş, Moskvada varlanmış iş adamı Telman İsmayılovun müflis olması xəbəri postsovet məkanında, o cümlədən Azərbaycanda və Türkiyədə geniş müzakirə olunan hadisədir.
Görün, adam haralardan hara gəldi. Dar-düdük və palçıqlı rayon küçəsindən çıxıb dünyanın ən iri meqapolislərindəki büllur saraylara yerləşən adam indi sürətlə geri gəlməkdədir.
Ancaq bu cür adamlar yenidən o dar-düdük küçələrə qayıtmaqdansa, ya ölümü, ya məhbəsi üstün tuturlar, adətən.
Ola bilsin, Telman İsmayılov həyatın dibinə yuvarlanmayacaq, səfilə çevrilməyəcək, özünü, biznesini birtəhər qoruyacaq, amma onun milyardlardan, əski həyat tərzindən məhrum olduğu ortadadır.
Bu hala düşməsi səbəbindən indi onun etnik mənşəcə yəhudi olması belə şübhəlidir. Yəhudi biznesmenlər heç vaxt müflis olmurlar.
Onlar heç vaxt özlərini gözə soxmur, pullarını havaya sovurmur, varidatlarıyla lovğalanmır, ulduz xəstəliyinə tutulmurlar.
Yəhudi biznesmen hansısa məşhur müğənni qadına pul xərcləsə belə bunu reklam etdirməz, medianın dilində, ağzında olmaz, kameralar önündə gövdə göstərməz.
Xəsislikləri ilə ad çıxardıqlarına baxmayın, öz millətlərinin gələcəyi, rifahı və təhlükəsizliyini düşünən yəhudi biznesmenlər milyonlarından keçir, kipriklərini də qırpmırlar.
Ortada Rotşild nümunəsi var. O, Bakı neftindən qazandığı pulları möhtəşəm villalara, bahalı avtomobillərə, Hollivud “ceyran”larına xərcləmədi, Təl-Əviv səmtində ev, torpaq almaq istəyən kasıb yəhudilərə, onlara o torpağın satılmasına icazə verəcək məmurlara bağışladı. Əvəzində bu gün həmin torpaqlarda İsrail dövləti var.
Ortabab ailədən olan Henri Kissincerin elitar məktəbdə təhsil alması, sonrdan ABŞ-ın dövlət katibi olması da adlarını bilmədiyimiz yəhudi biznesmenlərin maliyyəsi ilə başa gəlib.
Telman İsmayılov isə öz pullarını Hollivud ulduzlarına xərcləyirdi. Onun Antalyada tikdirdiyi “Mardan-palas” otelinin açılışına dünyanın ən məşhur sənətçiləri çox iriməbləğli qonorar müqabilində qatılmışdılar. Adam quru şöhrət arxasınca düşmüşdü və onu qazanmışdı.
Bu gün haqlı olaraq deyirlər ki, İsmayılov o pullarla onsuz da milyonçu olan Şakiranı, Riçard Giri bir az da varlandırınca, xaricdə təhsil almağa pulu çatmayan kasıb balalarını oxutsaydı, həm savab iş görərdi, həm də reputasiyası daha fərqli olardı.
İnsanlar zər-zibaya bürünən, havaya pul səpələyən, bahalı içkiləri sel kimi axıdan harın və qudurğan oliqarxları sevmirlər. Ərəb şeyxzadələrinin reputasiyasi nədən bərbaddır? Məhz bu üzdən.
Dünyada Telman İsmayılovdan 40-50 qat artıq pulu olan milyarderlər var, hər il dünyanın yüzdən artıq ölkəsində insanların yaxşı yaşaması, aclıq çəkməməsi, təhsil alması üçün milyardlarla pul xərcləyirlər.
İsmayılov isə özü yəhudi olsa da, zehniyyəti ərəb şahzadələrininki kimiydi, pulunu təmtərağa, təntənəyə xərcləyirdi.
Təbii ki, onun müflis olmasında (bəlkə də edilməsində) bu xasiyyətinin böyük payı var. Rusiyanı idarə edənlər bu oliqarxın ölkədə qazandığı pulu sağa-sola xərcləməsinə, Türkiyədə milyard dollarlıq layihə gerçəkləşdirməsinə biganə yanaşa bilmirdilər.
Hiss olunurdu ki, onu sıxışdırırlar. Əslində o, kapitalını Rusiyadan Türkiyəyə keçirmək istərkən təzyiqlərdən qaçmaq istəyirdi.
Fəqət dünya bir yerdə durmur, vəziyyət sürətlə dəyişir, dünənki dostlar düşmənə, rəqiblər müttəfiqə çevrilir və ortada bir çoxları qəfildən varlanır, bəzi milyarderlər də müflis olur.
T.İsmayılovun qələminin qırılmasına hansı hərəkətinin, sözünün səbəb olduğunu dəqiqliyi ilə bilmək çətindir. Ancaq bir şey dəqiqdir ki, adamın fərmanı Kremldə kəsilib. Bəlkə də o, hansısa böyük bir sövdələşmənin qurbanıdır.
Ortada olan fakt budur ki, həm Rusiyada, həm də İsmayılovun doğma vətəni Azərbaycanda onun müflis olmasından narahat olanlar, bunu haqsızlıq sayanlar çox azdır. Çoxları “əcəb oldu, ona bu da azdır” düşüncəsindədir.
13.11.2015, 06:45
367 baxış
Xalid Kazımlı
Kasıb küçədən büllur saraylara və geriyə