Bax, belə olur, zaman ötür, dövran bitir, hər şey unudulur.
Bu gün 7 noyabrdır axı. 1917-ci ildən 1991-ci ilə qədər olan dövrdə bu, dünyanın ən təntənəli günlərindən biriydi. Milyonlarla insan 7 noyabrın daima yağışlı, çiskinli, ən azı boz-bulanıq səhərində durar, bayraq, portret götürüb parada gedərdi.
Bizə deyirdilər ki, 7 noyabr Böyük Oktyabr Sosialist İnqilabının qələbə çaldığı gündür, yaşadığınız ölkədəki xoşbəxt quruluş məhz həmin gün əmələ gəlib və biz öz xoşbəxtliyimiz, firavanlığımız, azadlığımız, ən başlıcası salamatlğımız üçün 7 noyabra borcluyuq.
Biz də, şair Moşunun sözü olmasın, ağzı əmzikli uşaqlar idik, məlumat bazamız, bilyimiz “Lenin baba”nın şəkli olan kitablarda verildiyi qədər idi, inanırdıq və 7 noyabra olan borcumuzu parada getməklə, yaz vaxtı üzüm plantasiyalarında alaq təmizləməklə, şənbə günləri iməciliyə çıxmaqla, məhsul toplanışında üzüm, pambıq, tütün, kartof yığmaqla, 7 noyabrda parada çıxmaqla ödəməyə çalışırdıq.
Bugünkü gün kimi yadımdadır, 1985-ci il idi, tələbəydik, hamımızı oğlanlı-qızlı basmışdılar Qasım İsmayılov rayonunun Ağamalıoğlu kəndinə, pambıq toplanışına. Azı ay yarım idi ki, proletariatın dahi filosofu Marksın (bəlkə də Engelsin) dediyi “pambıq qul əməyidir” kəlamının acı həqiqəti ilə üz-üzəydik. Sahələrdə pambıq adına ağaran bir şey qalmamışdı, amma bizi buraxmırdılar. Gün olmuşdu 31 oktyabr. Niyyətləri nə idi, hələ də aydın deyil. Hətta bizimlə eyni binada, müasir məktəbin bir hissəsində qalan Pedaqoji İnstitutun qızları “Qatır Məmmədin heykəlinin yanına gələrsiniz” deyə vəd verib getmişdilər, amma biz düşərgədə qalıb əsir-yesir olmuşduq. Spartakın bədbəxt qulları da bizim kimi olmazdı. Axırda bir qədər fəal uşaqlar yığışdıq, gedib bir neçə kuzovlu maşın tutduq, açılıb-yığılan çarpayılarımızı gecəylə yükləyib aradan çıxdıq.
Həmin il 7 noyabrda, yəni gecəylə pambıq toplanışından qaçdığımız gündən bir həftə sonra parada çıxanda artıq çox da coşqulu deyildik, hətta yadımdadır ki, bizim uşaqlar Siyasi Büronun üzvlərinin - Pelşenin, Demiçevin, Suslovun, Romanovun, Zimyaninin portretlərini çox biədəb halda əllərində daşıdılar, axırda da gətirib söyə-söyə bir küncə tolazladılar.
Fəal komsomol liderlərimiz bu mənzərəni görsələr, qəsdə dursalar, dərinə getsələr, bizi cəzalandırardılar, ən azı komsomoldan və institutdan çıxarardılar. Amma o vaxt totaltarizm artıq xeyli zəifləmişdi. Araq yasağına görə xalq Maqadandan Kalininqrada, Zəngilandan Murmanska qədər gizli üsyandaydı.
Düzdür, kasıbçılıq, qıtlıq, bahalıq idi, ölkə totalitar başıxarablıqla idarə olunurdu, amma adama ləzzət edən şeylər də vardı. Birindən şikayət edirdin, haqlıydınsa, adamı cəzalandırırdılar. Rəislər, prokurorlar, rayon rəhbərləri, hətta nazirlər babat dolanır, yaxşı istirahət edirdilər, amma dövlət büdcəsini və xalqı soyub-talaya bilmirdilər. Heç milyonluq villa tikdirmək, yeddi dənə 200 minlik avtomobil almaq imkanları və cürətləri də yox idi. Allahın “Volqa”sını fəhlə qohumlarının adına alırdılar ki, bir gün ilişib tutulsalar (bu, ehtimal həmişə vardı), müsadirə olunmasın və ya KQB “bu maşın səndə hardandır, hansı pulla almısan” deyəndə, desin ki, fəhlə qohumunundur, müvəqqəti işlətməyə verib. KQB reketlik eləmirdi, reketləri tuturdu.
Amma budur, 7 noyabr da unudulub, bu günü bayram edən dövlət də dağılıb gedib tarixin arxivinə. Hətta sabah Rusiya dağılmış SSRİ-nin 1991-ci ilə qədərki sərhədlərini zorla bərpa edə bilsə, ölkənin adını təzədən SSRİ qoysa da, 7 noyabr bərpa olunmayacaq. Müasir acgöz, tamahkar kapitalistlər, vəzifəli oliqarxlar imkan verərmi? Əsla.
Ən pisi odur ki, bizi o vaxt paradlara indi oliqarx-nazir olmuş komsomolçular çıxarırdılar. Öndə gedən bunlar idi. O vaxt onlar eyzən məfkurədən, kommunist əqidəsindən, mənəvi saflıqdan, düzlükdən, təmizlikdən danışırdılar. İclaslarda baş-beynimizi aparırdılar, mənfur kapitalizmi lənətləyirdilər, “insanları istismar edirlər, yoxsulları incidirlər” deyirdilər.
İndi onlar dünyanın ən tamahkar kapitalistləri olublar. Güman ki, 7 noyabrı da xatırlamırlar. Əgər xatırlayırlarsa, prinsipcə, xəcalət çəkməlidirlər. Çünki bir vaxtlar öydükləri prinsiplərin içinə öyüyüblər.
07.11.2015, 11:26
346 baxış
Samir Sarı
Unudulmuş gün – 7 noyabr