Bir vaxtlar Türkiyədə, daha sonra ölkəmizdə çox populyar olan bir serial vardı: “Dəli ürək”. Ona “Yusif Mirioğlunun kinosu” da deyirdilər.
Bax, o serialda adına “Birim” deyilən bir dövlət orqanının Turqay Atacan adlı tamahkar bir rəhbəri vardı, iş adamlarını girov götürdür, külli miqdarda xərac alıb buraxırdı.
Bu, heç də, dəbdə olan ifadə ilə desək, təxəyyül məhsulu (hayal ürünü) deyildi, Türkiyənin reallığıydı. Sonradan məlum oldu ki, bu xüsusda Türkiyədə daha acı bir mənzərə var.
Qonşu Rusiyada da hüquq-mühafizə orqanlarının iş adamlarını daimi təzyiq altında saxladığı, boyunlarına iri məbləğli xərac qoymaları və almaları çoxdan bəllidir.
Eyni durum ölkəmizdə də var.
İndi deyirlər, vaxtında mətbuat bu barədə yazmayıb.
Yanlışdır. Məgər Zülfüqarlı qardaşlarının, digər sahibkarların başına açılan oyunlar barədə az yazılırdımı? Kifayət qədər yazılırdı.
Düzdür, bəzən iş adamlarına təzyiq göstərən, onları soyan hüquq-mühafizə orqanının adını konkretləşdirərək yazmaq olmurdu, amma onların yaratdığı problemlər barədə yazılırdı və bu işlərin arxasında duranların silueti görünürdü.
Zamanında MTN-də jurnalist Pərviz Həşimlinin başına gətirilənlərdən çox yazılmışdı. Qurumun generalı Akif Çovdarovdan da az yazılmırdı. Bu adamın jurnalist Aqil Xəlilin başına gətirdiyi oyunlar, Binəqədi rayonundakı zeytunluğu kəsdirib restoran tikdirməsi barədə səhifə-səhifə, silsilə yazılar getdi.
O zaman o, polkovnik idi, media yazmağa başlayandan sonra Çovdarovun çiyninə general poqonu taxdılar.
Belə olandan sonra, əlbəttə ki, o və onun kompanyonları iş adamlarını, 3-5 manat pul qazananları soyacaqdılar. Bir halda ki, belləri siyasi hakimiyyət sarıdan bağlıdır və hər kəsə onlar nəzarət edir, daha kimdən çəkinsinlər.
Bax, bu cür cəzasızlıq mühiti vadar edirdi ki, fitrətcə də tamahkar olan insanlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi sərvətlərini artırsınlar. Demək olar ki, imkanı çatan hər kəsin dövlət büdcəsini taladığı, xalqın dərisini soyduğu bir vaxtda MTN generalları kristal və məsum ola bilməzdilər.
Sadəcə, hiss olunur ki, onlar əndazəni aşıblar, özlərinə çəkilmiş cızıqdan çıxıblar və başqalarının qırmızı xəttini keçiblər. Daha çox pul qazanmaq, daha geniş nüfuz dairəsinə sahiblənmək, daha çox hakimiyyət əldə etmək ehtirası bu adamları yandırıb.
İndi daha bir trend var: dolayısı ilə soyğunçu generalların təqsiratını azaltmaq üçün xərac verməyə məcbur edilən vəzifəlilərin, iş adamlarının o qədər pulu (tutaq ki, 1 milyonu) hardan alıb verdiklərinə dair sual səsləndirilir.
Bu, “oğrudan oğruya halaldır” atalar məsələni yada salmaq və xərac verməyə məcbur edilənlərin də mələk olmadığı, bu qədər pulu hardansa oğurladıqlarına işarə etməkdir. Əgər onlar da oğrudursa, demək, generallar düz ediblər - xalqa sırınan məntiqi nəticə budur.
Amma ortada təfərrüatlar var. Bəlli bir faktdır ki, girov götürülərək MTN-in zirzəmisinə salınan iş adamlarının özlərində o qədər pul olmasa da, yaxın qohumları, iş ortaqları, dostları toplaşıb köməkləşir və darda olanları qurtarırlar. Banklardan, sələmçilərdən iri məbləğdə borc götürüb girovu azad etdirmək vaqiələri də olub. Yüksək məbləğdə borcun altına girən, onu qaytara bilməyərək intihar edən, yaxud ölkədən qaçmağa məcbur olan iş adamları da olub.
Bütün bunlar necə unudula, gözardı edilə bilər?
Hətta müvafiq istiqamətdə istintaq dərinləşsə, həbsə alınanların, eləcə də ev dustağı edilənlərin tam ifşasına qərar verilsə, ortaya elə dəhşətli faktlar çıxa bilər ki, camaatın əli üzündə qalar. Məsələn, MTN-çilərin “Topaz” məntəqələrinə aylıq 15 min manat xərac qoyduqlarını danışanlar var.
Bu detalların kiçik bir qismi xammal şəklində bir çoxlarına məlumdur, dildə-ağızda gəzir, xeyirdə-şərdə səsləndirilir, amma onları prokurorluq orqanları tərəfindən ittiham aktına salınmamış yazmaq, ictimailəşdirmək mümkün deyil.
Bir də MTN-in “əmlak dağıdanlarla mübarizə qrupu” ilə paralel olaraq eyni işi görən daha bir idarənin adı çəkilir. Onlara dair də əfsanələr dolaşır, orda-burda danışılır. Gün gələr, o xərac darğalarını da ortalığa çəkərlər.
Əslində bu, “Hacı Məmmədovun işi” qədər qalmaqallı və ağır cinayət işidir.
22.10.2015, 08:04
219 baxış
Xalid Kazımlı
Xərac darğalarının ifşası