Hamının hamını qınadığı, özünü buna haqlı saydığı ölkəmizdə indi də MTN-in sabiq rəhbəri Eldar Mahmudovdan yazanları, danışanları qınayanlar var. Eynilə bu cür yazırlar: “Vəzifəsindən azad edilən MTN başçısı 10 ildən çox idi ki, nazir postunda idi. Haqqında az yazılan, danışılan biri idi... 2 gündür müəllimlər, həkimlər, jurnalistlər, ekspertlər, satıcılar, taksi sürücüləri - hami E.Mahmudovu baltalayir”.
Başqaları da var. Onlar da vəzifədən götürülmüş şəxsin dalınca danışılmasını, yazılmasını, onun ittiham edilməsini məqbul saymırlar.
“Yıxılana balta çalan çox olar” məsəlinin hikmətini nəzərə alsaq, bu cür düşünənlər haqlı görünə bilərlər. Ancaq bu məsələdə bir ciddi “əmma” var.
Başqa nazirləri xatırlayaq. Kimlərin barəsində çox yazılır? Ziya Məmmədovun, Kəmaləddin Heydərovun, Abid Şərifovun, Əli Həsənovun, Mikayıl Cabbarovun, Oqtay Şirəliyevin, Kərəm Həsənovun və başqalarının.
Bildiyiniz kimi, qəzetçilərə bunlardan yazmaq o qədər də təhlükəli deyil, uzağı məhkəməyə verirlər, başağrısı yaradırlar, sonda hüquqi münaqişə birtəhər yoluna qoyulur. Ya da onların bəziləri yazılanların, danışılanların heç birinə məhəl qoymur. Ancaq onların qəzetçilərə dinmədiklərinə baxmayın, rəhbərlik etdikləri strukturda çalışanların bir xoşagəlməz kəlməsinə təhəmmül edən deyillər.
İnsanlar MTN-in işindən və rəhbərliyinin fəaliyyətindən yazmağa, danışmağa qorxublarsa, bu, daha pis durumdur. Demək ki, onların ciddi səbəbləri olub, dolaşdırılıb tutulmaqdan, müxtəlif təzyiqlərə məruz qalmaqdan çəkiniblər.
Əslində MTN-dən qorxu 30-cu illərdən üzü bəri, NKVD-nin vaxtından mövcud olub və bu xof həmişə şiddətli səciyyə daşıyıb. Yalnız müstəqillik dövründə, MTN-in ölkədaxili hakimiyyət-müxalifət intriqalarının oyunçusu olmadığı, əsasən millətin, dövlətin təhlükəsizliyi ilə məşğul olan bir struktur olduğu təsdiqlənəndən sonra o xof bir qədər azalmışdı.
E.Mahmudovun sələfi Namiq Abbasovun vaxtında insanlar MTN-dən xoflanmırdılar, əksinə, ora düşüb-çıxanlar qeyd edirdilər ki, qanunçuluğa son dərəcə ciddiyyətlə, diqqətlə riayət edən bir hüquq-mühafizə orqanıdır.
Cənab Mahmudovun vaxtında isə vəziyyət dəyişdi. O və onun komandası MTN-ə gəldi gələli, müxalifətə, siyasi fəallara da əl uzatdı, orta təbəqəyə aid sahibkarların da başına oyun açma başladı. Qanunsuz girovgötürmələr, aylıq xəracqoymalar və sair və ilaxır.
Bunu çoxları bilirdi, hətta bu barədə mediada bir ara silsilə yazılar da getdi. Təkcə zərgərlərin başına hansı oyunu gətirmişdilər, yalnız özləri, yaxınları bilir.
O vaxt bu barədə yazanları və danışanları təzyiq, cəza gözləyirdi. İndi də olmazmı?
Dövlətin verdiyi səlahiyyətlərdən sui-istifadə edərək millətin üstünə sürülən repressiya maşınının qabağından qaçmaq o anlama gəlmir ki, vətəndaş ömrü boyu susmalı, taleyi ilə barışmalıdır. Xeyr.
İndi Mahmudovun və digərlərinin hərəkətlərindən zərər çəkənlər ortaya çıxaraq, haqlarını tələb etməlidirlər. Vəzifəyə yeni gələnlər də bilməlidirlər ki, hakimiyyət, vəzifə əbədi deyil, bu gün sənin əlindəki səlahiyyətin hökmündən qorxub susanlar sabah ayağın büdrəyəndə dilə gələcək və sənə cəza tələb edəcəklər.
Sosial şəbəkədə bu mövzuda yazdığım statusa maraqlı bir şərh gəlib, məzmunu belədir. Stalinin ölümündən sonra hakimiyyətə gələn Nikita Xruşşov iclasların birində Stalini pisləyir, şəxsiyyətə pərəstişi yamanlayır. Birdən bir nümayəndə yerindən deyir ki, bunları onun sağlığında demək lazım idi. Xruşşov üzünü salona tutub qəzəblə soruşur: “Kimdir bunu deyən?” Heç kəsdən səs çıxmır, irad yiyəsi özünü ələ vermir. Belə olanda Xruşşov deyir: “Bax, o vaxt biz də sənin günündəydik”.
Yəni insanların çoxu repressiya önündə, cəza gözlənilən yerdə susmaq, səbirli olmaq və gözləməyi seçirlər, sövq-təbii olaraq bilirlər ki, dövran belə getməyəcək, durum dəyişəcək, onda onlar mövqe bildirəcəklər.
Əlində böyük vəzifədə olanlar da bilməlidirlər ki, dövran belə sürməyəcək, mütləq dəyişəcək. Ona görə də onlar elə işləməlidirlər ki, sonra dallarınca danışan, cəza tələb edənlər olmasın.
Yeri gəlmişkən, hələ indi yaxşıdır, sovet dövründə uyğun vəzifədə işləyənləri (məsələn, Yaqoda və Yejovu, sonradan isə Beriyanı) işdən çıxardan kimi güllələyiblər.
20.10.2015, 07:29
194 baxış
Xalid Kazımlı
Yıxılanda baltalanmaq istəmirsənsə...