İndiki anda nəqliyyat naziri Ziya Məmmədovla bağlı yazmaq çətindir. Çünki yıxılanı baltalamaq düzgün deyil, bir sıra prinsiplərə ziddir. Ancaq bu, hələ mübahisəli məsələdir: o doğrudanmı yıxılır və ya yıxılmaqdadır?
Əlamətlər göstərir ki, proses o istiqamətdə gedir. O qədər üst-üstə düşən şeylər var ki, onların hamısına təsadüf adı qoymaq mümkün deyil. Təxminən 1 aydır Ziya Məmmədovun ətrafında elə hadisələr baş verir ki, bunları yap-poz lövhəsində olduğu kimi yerbəyer edəndə ortaya dəqiq mənzərə çıxır.
Ən adi şeylərdən başlayaq. Dövlət başçısı ötən ay Nəqliyyat Nazirliyinin funksiyalarını azaltdı və bu, avtomatik olaraq nazirin fəaliyyət dairəsini daraltdı, mənfəət qaynaqlarını məhdudlaşdırdı.
Daha sonra Ziya Məmmədovun oğlunun ölkədən qaçması xəbəri yayıdlı, sonra təkzib edilsə də, tezliklə məlum oldu ki, Anar Məmmədov gerçəkdən də ölkədən gedib və hələ də ölkədə deyil.
Bir sıra tədbirlərdə Ziya Məmmədov ortalıqda görünmədi. Prezident Ucara getdi, ucarlı naziri özüylə aparmadı.
Uzun müddət Ucarın deputatı olmuş və bu yeri özü üçün bron edərək, hətta iddialı qardaşı oğluna belə güzəştə getməyən Elton Məmmədov bu dəfə namizədliyini irəli sürmədi.
Əmisinin mandatına iştahla baxdığı hələ 5 il öncədən məlum olan Anar Məmmədov da namizədliyini irəli sürmədi və bu, o anlama gəldi ki, “Ucarın deputatı” postu Məmmədovlardan alınıb.
İki gün öncə E.Məmmədovun oğlu Aynar Məmmədovun kafesinə təşkil olunmuş polis basqını və daha 8 nəfərin tutularaq polis bölməsinə aparılması hadisəsini də bu “təsadüf”lər sırasına aid etmək olar.
Nəhayət, Ziya Məmmədovun Nazirlər Kabinetində keçirilən son müşavirədə də görünməməsi göstərir ki, onun saraydışı edilməsi artıq texniki hala gəlib.
Bu həftənin sonunda Z.Məmmədovun vəzifədən götürülməsi barədə sərəncam verilsə heç kim təəccüblənməyəcək.
1996-cı ildə Rəsul Quliyevin parlamentin sədri postundan isetafa verməyə məcbur edilməsi prosesi də bu cür ağrılı, sürəkli davam etdi.
O vaxt da ortalıqda çoxlu şayiələr vardı. Spikerin biznesinə, qohum-əqrəbasına qarşı həyata keçirilən silsilə sıxışdırma tədbirləri barədə xəbərlər gəlir və təkzib olunurdu.
Bununla belə, saraydan sızıb gələn informasiyalar göstərirdi ki, yaxın vaxtlarda belə bir hadisə mütləq baş verəcək.
Gün gəldi, yetişdi, 1996-cı ilin sentyabr ayının 11-də keçirilən parlament iclasında Quliyev rəngi boğulmuş halda, pərtliyi üzündən sezilə-sezilə səhhətiylə bağlı istefa verdiyini bəyan etdi. 73 yaşlı sağlam prezident 49 yaşlı “xəstə” spikerin istefasını qəbul etdi və ABŞ-a yola saldı.
Ziya Məmmədovun postundan götürülməsi də təxminən bu cür baş verəcək. Böyük ehtimalla o da xaricə müalicəyə gedəcək.
Bəs bütün bu təzyiqlər, mühasirəyə alma, bloklama tədbirləri nədən ötrüdür? Məmmədovların iqtidar komandasına asi düşməməsi, mübarizəyə qalxmaması üçün.
O, xırda fiqur deyil. Ölkənin 3 güclü adamından biridir, arxasında ciddi maliyyə resursları olan, iqtisadi imperiya qurub-yaratmış adamdır. Belə adamları birdən-birə, zəiflətmədən yerindən tərpətmək asan iş deyil. Lətifəsi heç kəsə dəyməsin, bu, canavarı yaralayıb buraxmaq kimi bir şey olar.
Bu cür güclü adamlar problem yaratmağa qadirdirlər, istəsələr, nəsə edərlər. Yəqin hazırda hakimiyyət strateqləri də ona çalışırlar ki, Ziya Məmmədov saraya asi düşərək “nəsə etmək” istəməsin, elə olsun ki, bunu istəyə də bilməsin.
Hər halda, o, nə qədər ambisiyalı olsa da, kifayət qədər də ağıllı adamdır, praqmatikdir, hər şeyi ölçüb-biçməyə qadirdir, bilir ki, qatarı gedib.
Bir zamanlar o, baş nazir olmaq istəyirdi. Bu müstəvidə onun rəqibləri də vardı və onlar Məmmədovun baş nazir olmaması, hətta tutduğu vəzifədən də vurulub çıxarılması üçün əllərindən gələn çox şeyi etdilər.
Durumun bu cür alınmasında Məmmədovun yaxın adamlarının da ciddi rolu oldu. Bu qrupun media ilə işləyə bilməməsi, üstəlik, zaman-zaman qəzet və saytlara düşmən kəsilməsi, saymamazlıq göstərməsi də onların haqqında mənfi reputasiyanın formalaşdırılmasına səbəb oldu.
Məmmədov klanı medianın gücünü biləndə artıq gec idi və onlara media holdinqlər yaratmaq imkanı verilmədi. Axırı da belə oldu.
Beləcə, hamı artıq tikilmiş torbanın ağzının nə vaxt büzüləcəyini gözləyir.
14.10.2015, 09:45
293 baxış
Xalid Kazımlı
Nazirin tikilmiş torbasının ağzı nə vaxt büzüləcək