Katalanların referendum keçirərək İspaniyadan ayrılmaq qərarı çıxarmaları özlüyündə yekə hadisədir. Özü də katalanlar bunu bütün Avropanın vahid valyuta işlətdiyi, vahid viza rejimi tətbiq etdiyi bir dönəmdə edirlər. Görünür, ayrılıb müstəqil dövlət qurmaq ideyası onların qədimi arzusudur və tarixi fürsət indi gəlib əllərinə düşüb.
Keçən ilin sentyabrında belə bir referendum Şotlandiyada da keçirilmişdi və şotland xalqının 55 faizi müstəqilliyin əleyhinə səs vermişdi. Hərçənd hamı gözləyirdi ki, şotland xalqının böyük oğlu müstəqillik uğrunda mücadilədə canını vermiş Uilyam Volosun (biz onu “Cəsur ürək” filmindən tanıyırıq) züryətləri tarixi fürsətdən yararlanacaqlar. Əslində onlar belə bir qərar versəydilər, tarixdə dəfələrlə olduğundan fərqli olaraq ingilislər hücum çəkib onları qırmayacaqdılar, böyük ehtimalla deyəcəkdilər ki, ol rayt, necə istəyirsiniz, elə olsun.
Amma şotlandlar ölçüb-biçib, analiz edib gördülər ki, 21-ci əsrin ingilisləri orta əsrin ingilislərindən yaxşıdır, daha cumub təzə toy edənlərə demirlər ki, arvadı ver, aparaq böyüklərə, sonra qaytarıb gətirərik (O vaxt belə bir sarsaq qayda varmış, gəlib camaatın toyundan təzə gəlini aparırmışlar). Ona görə də onlar əsrlərlə qaynayıb-qarışdıqları ingilislərdən ayrılmadılar.
Katalanlar isə şotlandlardan fərqləndilər, dedilər, yox, ispanlarla bura qədər bəsdir, ayrılaq, öz əlimiz, öz başımız olsun.
Biz katalanları hələ o qədər də tanımırıq. “Barselona” futbol klubu olmasa heç tanımazdıq. Vikipediyada yazılır ki, katalanların ayrıca dilləri var və ispan dilindən fərqlənir. Əhalisi də az deyil, 7 milyon 500 min nəfərdir. Kataloniyanın ərazisi isə təxminən bizim dövlətin ərazisinin 35-40 faizi qədərdir.
Hiss olunur ki, ispanlar katalanların bu özbaşınalığından, separatizmə yuvarlanmalarından narazıdırlar və ayrılıq tərəfdarı olan məşhur adamları - Laportanı, Qvardiolanı, Enrikyeni tənqid edirlər, deyirlər, iki dost qardaş millətin arasında ayrılıq söhbəti olmamalıdır.
Amma burası Avropadır. Yəqin ki, katalanlar və ispanlar fərqli hərəkət edəcəklər, ruslar və ukraynalılar kimi xəndək qazıb, istehkam düzəldib, içinə girib atışmayacaqlar. Sadəcə, arada qanqaraçılıq olacaq. O da zamanla ötüb keçəcək.
Politoloqlar bu hadisəyə fərqli prizmadan yanaşırlar, deyirlər, Kataloniyanın İspaniyadan ayrılması insanların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsidir, amma eyni zamanda İspaniya kimi dövlətin parçalanması deməkdir.
Hazırda bilmirəm ispanlar mediada “bu, İspaniyanı çökdürmək, zəiflətmək istəyən xarici qüvvələrin məkrli planının tərkib hissəsidir” deyə həşir qoparıblar, ya yox, amma güman ki, belə çıxışlar da olacaq.
Başqa cür düşünən politoloqlar isə bildirirlər ki, bu hadisə bütün dünyada, eləcə də Avropadakı separatizm ocaqlarını tətikləyəcək, hamı ayrılıb müstəqil olmaq istəyəcək. Düzdür, Rusiyanın yarısı boyda olmayan Avropada artıq 50 dövlət var, amma güman ki, beş-altı milli knyazlıqlar da düzəltmək olar. Məsələn, İspaniyada basklar da hərəkətə gələ bilərlər, deyərlər, katalanlardan əskik kişinin oğluyuqmu, biz də müstəqil olmaq istəyirik.
Hələ orada bir aranlılar da var, eynən bizim aran camaatı kimi düzəngah yerdə yaşayırlar, öz dilləri var, cəmi yeddi min nəfərdirlər. Onlar da bir gün müstəqillik eşqinə düşsələr və İspaniya kralı IV Filippə “sabahın xeyir, kral” desələr, daha bir qanqaraçılıq olacaq.
Bizim Qarabağ problemimiz var deyə, katalanların bu hərəkətini dəstəkləyə bilmərik. Necə ki, Kosova və Şimali Kipr məsələsində bitərəf qalmışıq, bu dövlətləri rəsmən tanıya bilmirik. Qorxuruq ki, başqaları da “DQR”-i tanıyar.
Qardaş Türkiyə də bizim günümüzdədir. Kataloniya müstəqil dövlət olsa, separatçı kürdlər deyəcək (onsuz da deyirlər), biz də öz dövlətimizi qururuq.
Bütün bu vurhavurda futbol azarkeşlərinin mövqeyi başqadır. Onlar Kataloniyanın müstəqil dövlət olmasını istəmirlər. Çünki belə olsa La liqada “El klassiko” olmayacaq, “Real” və “Barselona” ildə dörd-beş dəfə oynayası olmayacaqlar, çempionata maraq azalacaq.
Kataloniya ilə İspaniyanı bir arada saxlasa-saxlasa, yalnız futbol saxlayacaq. Saxlamasa da ki, ta heç zad...
29.09.2015, 07:59
236 baxış
Samir Sarı
Katalanların şotlandlardan fərqlənməsi