Demokratiya və insan haqları sahəsində ciddi problemləri olan ölkələrin, demək olar ki, hamısında belədir: mövcud durumdan çıxış yollarını müzakirə etmək əvəzinə həmin duruma necə, kimin günahı üzündə düşmələrini müzakirə edirlər.
İllər keçir, on illər ötür, müzakirə mövzusu dəyişmir. Hamı mütləq keçmişdən danışır, “o zaman elə olsaydı, belə olmazdı”, “25 il əvvəl filan cür etsəydilər, bu duruma düşməzdik” kimi cümlələr qurulur, bir kitablıq polemika gedir, axırda da heç bir yekun nəticəyə varılmadan söhbət müvəqqəti olaraq bağlanır.
Biz 22 ildir ki, Elçibəy hakimiyyətinin süqutunun səbəblərini müzakirə edirik.
Bu hakimiyyət cəmi bir il ömür sürüb, amma 22 ildir müzakirə olunur.
Ona görə belədir ki, biz 22 il öncə düşdüyümüz yarğandan çıxa bilmirik.
Əgər 1995-də və ya 1998-ci ildə yenidən azad, ədalətli, qanuni seçki keçirib hakimiyyətin dinc yolla dəyişməsi mexanizmini bərqərar edə bilsəydik, indiyə ən azı 3 başqa soyadlı prezident, başqa tərkibli iqtidar komandası görmüş olardıq və bu söhbətlər çoxdan bitmiş olardı.
Təəssüf ki, görüb-görəcəyimiz bircə Elçibəy iqtidarı olub, o da müharibənin ən qızğın vaxtına, dövlət strukturlarının formalaşmadığı dövrə düşüb.
Son 22 ildə hakimiyyətə yeni qüvvələri gətirməyə nail olmamağımız da onu göstərir ki, biz demokratiyaya o qədər də hazır deyilmişik, cəmi bir atımlıq barıtımız varmış, onu da atıb qurtarmışıq, ikinci atəşə sursatımız olmayıb.
Gələcəyə yönəlik enerjimiz qalmadığından, üzümüzü keçmişə tutmuşuq, Elçibəyin və onun komandasının müzakirəsini davam etdiririk.
Bir neçə gün öncə Elçibəyin vəfatının 15-ci ildönümüydü, ona görə də mövzu yenidən aktuallaşıb.
Bu dəfə Elçibəyin məzarının üstünə gedib onun xatirəsini yad edənləri də qınayırlar. Özü də bunu o adamlar edirlər ki, onlar nə sağlığında, nə də vəfatından sonra Elçibəyi siyasi lider, tarixi şəxsiyyət kimi qəbul etməyiblər, həmişə ona qarşı olublar. Ancaq budur, onlar birdən-birə Elçibəysevər olublar və onun silahdaşlarını Elçibəyə və onun irsinə xəyanətdə ittiham edirlər.
Bir tanınmış hüquqşünas isə adını çəkməsə də üstüörtülü şəkildə İsa Qəmbəri 1992-ci ildə özü istəmədiyi halda prezident olmağa vadar etdiyini bildirir, iki cümlədən sonra ona qarşı daha bir ittiham səsləndirir: 1998-ci ildə Elçibəyin vahid namizəd kimi prezident seçkilərində iştirakını əngəlləyib.
Məntiq varmı burada? Bir adam həm Elçibəyi zorla prezident etməkdə günahlandırılır, həm də sonradan onun vahid namizədliyinin qarşısını almaqda.
Bir başqa müəllif məsələyə başqa prizmadan yanaşır, Elçibəyin 1998-ci ildə İsa Qəmbərin seçkilərdə vahid namizəd olmasının qarşısını almaq üçün təcili şəkildə Bakıya döndüyünü yazır.
Başqa bir jurnalist Elçibəyi ona görə qınayır ki, nəyə görə o, hakimiyyətə Heydər Əliyevi dəvət edib.
Məsələnin mahiyyəti bundadır. Əksəriyyət qəti olaraq əmindir ki, 22 il öncə milli-azadlıq hərəkatının dalğasında formalaşmış AXC-Müsavat hakimiyyəti özünü qoruya bilsəydi, ard-arda bir neçə məşum səhv buraxmasaydı, indi ölkə tamam başqa durumda olardı. Ancaq bu fikirdə olanların bir xeylisi də məhz həmin hakimiyyətə qarşıydı.
Bu mövzuda saatlarla, günlərlə, hətta aylarla müzakirə aparmaq, ən xırda detalları belə nəzərdən keçirmək, nəzəri olaraq bütün inkişaf istiqamətlərini ölçüb-biçmək olar, amma nəticə dəyişməyəcək.
Gerçəklik bundan ibarətdir ki, biz mövcud situasiyadan çıxmaq üçün nə doğru-dürüst plana, proqrama, nə də yetərli potensiala, enerjiyə malik deyilik. Heç onları əldə etmək üçün uyğun təşəbbüs və həvəs də yoxdur.
Oturub irəliyə baxmaq, perspektiv planlar üzərində işləmək, ölkənin necə demokratikləşdirilməsi yollarını müzakirə etmək əvəzinə hələ də 1992-93-cü illərdə baş verən hadisələri dartışmaqla heç kim heç nə əldə edə bilməyəcək.
YAP hakimiyyəti də bu mövzunu unutmur, cümlələrini “gəlmişdiniz, gördük”lə başlayırlar.
Nəhayət, bitsin bu mövzu, bu polemika. Ömrümüzü yedi...
25.08.2015, 08:02
206 baxış
Xalid Kazımlı
Ömrümüzü yeyən polemika