Müdafiə nazirinin icra başçısını şapalaqlamasına dair şayiəni elektron poçtuma isti-isti göndərmişdilər. “İsti-isti” deyəndə bu ifadə sillə-şapalağa aid deyil. Əslində hadisənin 3 gün əvvəl olduğunu deyirlər. Söhbət bu barədəki informasiyanın qaynarlığından gedir.
İndi durum deyim ki, xəbərə inanmadım, yalan olar. Belə xəbərlər həmişə inandırıcıdır. İnsanlıq halıdır. Bir nazirin əsəbiləşmək və sözünə baxmayan məmuru tənbeh etmək haqqı var. Ancaq təbii ki, tənbeh-məzəmmət prosedurunda fiziki təmasa qanunlar yol vermir. Bununla yanaşı, bəzən qanunların yanından sivişib məmura bir-iki zərbə tutuzdurmaq lazım gəlir. Sadəcə, belə edərkən məqsəd ona bədən xəsarəti yetirmək olmamalıdır, şillə də, təpik də yüngül tənbeh xarakteri daşımalıdır.
Amma baxaq, görək, xalq o şayiəyə dərhal inandımı? İnanmadı. Çünki xalq bilir ki, belə xəbərlər yalan çıxa bilər. Bəzən elə dairələr olur ki, onlar bir İH başçısını aşağılamaq, çurbanın biri olduğunu göstərmək üçün barəsində “şapalaqlanmış”, “təpiklənmiş”, “itələnmiş” adam obrazı yaradırlar və hesab edirlər ki, dövlət başçısı gün axşamacan “şillə yeyən”, “yerlərdə sürünən” kadrını vəzifədə saxlamaz. Yəni bir İH başçısını “vurdurmaq” üçün onu əvvəlcə şillə ilə vurdurmaq lazımdır.
Əvvəllər belə söhbətlər çox olub. Birində deyirdilər, polis rəisi İH başçısına kəllə qoyub, bir xəbərdə də rəisin İH başçısının qasıq nahiyəsinə təpik tutuzdurduğunu bildirirdilər. Əlbəttə ki, bu xəbərlərin heç bir təsdiqlənmirdi. Nə gözünün altına kəllə və ya qasığına təpik zərbəsi alan başçı çıxıb deyirdi ki, bəli, belə bir fiziki təzyiqə məruz qalmışam, nə də qoluzorlu rəis etdiyi qəhrəmanlıqdan bəhs edirdi. Bu şayiənin yeganə təsdiqi o oldu ki, həmin İH başçısı ilə həmin polis rəisi daha eyni rayonda işləmədilər. Əslində işləməliydilər, əgər ortada şillə-kəllə-qasıq-təpik söhbəti olmasaydı, prinsipcə, onlar öz işlərində qalmalıydılar. Çünki vəzifələrinə yeni təyin olunmuşdular.
Fəqət, məsələ belədir ki, təsdiq olunmayan xəbər yalan sayılır. Tərəflər “belə şey olmayıb” deyirlərsə, heç kimə heç nə sübut eləmək mümkün deyil. Hətta ortada fotolar və videokadrlar olsa belə, adı qalmaqalda hallananlardan biri çıxıb deyə bilər ki, o videoda şillələnən adam mən deyiləm, qonşumuz İvandır, beləcə, məsələ bitər.
Bu səbəbdən müdafiə nazirinin İH başçısını döyməsi, yəni ona bir şillə, bir təpik ilişdirməsi xəbəri böyük ehtimalla şayiədir. Birincisi, ortalıqda təsdiq yoxdur, təkzib var. İkincisi, əldə videokadrlar yoxdur. Təbii ki, nazir İH başçısını şapalaqlamaq fikrinə düşübsə, bunu təhlükəsizlik kameralarının görünüş dairəsində etməyəcəkdi, etsə belə, o görüntüləri kim yaya bilər? Ağzımızda “hərbi sirrin qorunması” deyirik. Heç kəs cürət edib başçının şillə-təpiyə qonaq edilməsi prosedurunu mobil telefonunun kamerasıyla da çəkə bilməz. Belə həvəskarları qoyasan, yolda dalaşanları, qəzaya düşənləri çəkələr.
Əgər əldə uyğun videokadrlar, heç olmasa, nazirin başçıya qolaylanmasını göstərən bircə şəkil olsaydı, bəzi nəticələr çıxarmaq olardı. Amma ortada quruca söz-söhbət, şayiə, bəlkə də iftira var.
Kim bilir, bəlkə bu şayiə heç İH başçısına qarşı yönəlməyib, birbaşa naziri “vurmaq” üçün düşünülüb? Ola bilməzmi? Olar. Məqsəd də nazirin aqressiv biri olduğunu göstərmək ola bilər. Hərçənd yayılmış şayiədən sonra cənab nazirin reytinq əmsalı xalq arasında yüksəlmiş kimi görünür. Sosial şəbəkələrdə, xalq arasında nazirin İH başçısını vuran əlinə və ayağına sağlıq diləyənlərin sayı xeyli çoxdur.
Bununla belə, məhz nazir tərəfin adamları şayiəni təkzib edirlər, deyirlər, elə bir haqq-hesab olmayıb.
Beləcə, biz rəsmi qurumların dediyinə inanmalıyıq. Hamı bilsin ki, müdafiə nazirinin Şəmkirdə hərbi hissədə fəaliyyət göstərən restoranı sökməkdən imtina edən İH başçısına bir şillə, bir təpik vurması barədə yayılan xəbərlər şayiədən başqa bir şey deyil.
Siz də belə söhbətlərə inanmayın, əziz oxucular. Video olmasa, inanmayın.
15.04.2015, 06:44
551 baxış
Samir Sarı
Başçının şapalaqlanmasına dair şayiə