Bitən həftənin ən məzəli, ən dartışmalı və ən aktual hadisəsi aşıq Ədalətin efirdə var-yox söyüşü söyməsi oldu. Bu üzdən həmkarlarımızın arasında ikitirəlik əmələ gəlib: bir tirə deyir ki, aşıq söyüş söyməkdə haqlıydı, o biri tirə də deyir ki, xeyr, heç kəs söyüş söyməməlidir, xüsusilə də efirdə. Üçüncü, nisbətən balaca tirə isə deyir ki, ağsaqqal aşıqdır, söyür, qoy söysün, amma bunu efirə vermək düzgün deyil.
Mən məsələyə dəhnədən yanaşmaq istərdim. Baxaq, görək, hörmətli aşığın efirə çıxardılıb söyüş söyməyə vadar edilməsinə səbəb nə imiş?
Belə məlum olur ki, ötən illərdə başqa bir gənc aşığımız Türkiyənin məşhur şairi Səbahəddin Əlinin sözlərinə məşhur sənətçi Zülfü Livanellinin yazdığı “Leylim Ley” mahnısını çalıb, bir istedadlı rəqqasəmiz də bu sədalar altında göbək rəqsi oynayıb.
Hələ orasına da ayrıca toxunaq ki, rəqqasə bu mahnının ritmini necə tutub qıvraq-qıvraq, qıvrıla-qıvrıla oynayıb, mat qalmalı işdir. Çünki “Leylim Ley” bizim “Qoca qartal” kimi yanıqlı mahnıdır, kədərli melodiyası və sözləri var. Bir şey ki, şair deyir, “yeddi ildir uğramadım yurduma, dərd ortağı bulamadım dərdimə, gələcəksin bir gün düşüb ardıma”, ona necə oynamaq olar?
Amma rəqqasəmiz buna oynayıb, görünür, çalan aşıq da babat çalırmış ki, xanım da yaxşı oynayıb. Bu heç.
Hələ o vaxt bir xeyli sazsevərlər etriaz edirdilər ki, oriyental rəqsə düşərli ritmlərin çalınması müqəddəs saza təhqirdir. Demək, məsələ efirdə, millətin gözü qabağında göbəyi açıq şəkildə oynamaqda deyil, saz havasıyla oynamaqdadır. Rəqqasə həmin rəqsini klarnet, qarmon, dumbul kimi çalğı alətlərinin sədası altında oynasa, olardı. Amma saz havasıyla olmaz, saz müqəddəsdir.
Axı niyə? Saz da ağacdan yonulub düzəldilən, simlərlə, pərdələrlə təchiz edilən, mizrab vuranda dınqıldayan adi musiqi aləti deyilmi? Bunu niyə müqəddəs elan edib özümüzə iş artırırıq ki, sazın namusunu qorumaq istəyən ağsaqqal da gəlib efirdə söyüş söyür, xeyli gənc adam da onu müdafiə edir.
Deyirlər, saz bizə dədələrdən, babalardan miras qalıb. Elədir. Onda nənələrdən miras qalan sənək də müqəddəsdir, amma görək, indiki xanımlar onu çiyinlərinə alıb kəhrizdən su daşımağa gedirlərmi? Dədə-babalar gəlini at tərkində gətirərdilər, amma indi qapıya bəzəkli bahalı cip gəlməsə, gəlin toyda dava salar.
Söz yox, bəzi mahallarda sazı çox sevirlər. Ona qalsa, bəzi mahallar da qavalı müqəddəs elan etməlidirlər. İki-üç il qabaq əməkdaşımız Qax-Zaqatala zonasında sürhüllü adlanan yemək yemişdi, xoşuna gəlməmişdi, gəlib yazmışdı. O vaxtdan o mahalın adamları onu elat düşməni elan ediblər, nə vaxt tutsalar, döyəcəklər. Heç demə, sürhüllü o tərəflərdə müqəddəs yeməkdir.
Ay qardaşlar, bir xörək niyə müqəddəs olsun axı? Yeməkdir, yeyirsən, üstündən su içirsən, qurtarıb gedir. Zövq məsələsidir, biri yeyər, xoşuna gələr, birinin də xoşuna gəlməz. Mütləq hamı “gözəl nemətdir” deməlidirmi?
Bu baxımdan sazı da Musa peyğəmbərin çəliyi, imam Əlinin qılıncı kimi müqəddəs, toxunulmaz elan etmək lazım deyil. Buna xüsusi veriliş həsr edib sazın müdafiəsinə qalxmağa isə heç ehtiyac yox idi. Unudulub getmiş söhbət idi.
İndi gələk hörmətli, koloritli aşığımızın söyüş söyməsinə. O, söyüşcül adamdır. Bu barədə çoxlu baməzə söhbətlər var. Birini də mən yazım, istərsəniz. Bir gün hörmətli aşıq Mədəniyyət Nazirliyinin qapısından içəri girəndə görür ki, nazir, yanında da 4-5 qadın müğənni pilləkənlə aşağı enir, bərkdən deyir: “Ayə, a Polad, bu ləçərləri də başına yığıb hareydirsən?” (Əslində aşıq “ləçər” əvəzinə başqa söz işlədib, amma bunu qəzetdə yazmaq olmur, efir olsa, demək olardı).
Başqa söhbətlər də var. Hamı qəbul edir ki, ağsaqqalın ağzı pərtödür və bəzən o, müasir terminlərlə desək, arqo söhbətlər edə bilər. Əksəriyyət bunu yumora bağlayır, üstündən keçir. Amma razılaşmalıyıq bu cür söyüşlərin açıq şəkildə efirə getməməsi üçün gül kimi siqnal (dud-dud) səsləri icad olunub. Hazırda bəzi türk seriallarında dialoqlar eyzən dud-dudlu olur.
Sabah həmin aşıq və həmin rəqqasə telekanala gəlib qarşı tərəf kimi cavab söyüşü ilə çıxış etmək haqqına malik olduqlarını bildirsələr, verilişi hazırlayanlar gərək onlara da dud-dud haqqı tanısınlar.
13.04.2015, 07:00
556 baxış
Samir Sarı
Qarşı tərəfin efirdə cavab söyüşü söymək haqqı