Bizdə bir el məsəli var, görürsən kimsə varlanıb quduranda, sağa-sola ağız atanda çəkərlər: “Adamı pul danışdırır”. Bunun tipik örnəyi Rusiyanın, onun mağara təfəkkürlü prezidentinin davranışlarıdır. Fikir versəniz, qarşımızda iki Rusiya var. Bunlardan birincisi Qərbin maliyyə sanksiyalarına qədərki Rusiyadır. O dövlət ki, Avrasiya İttifaqı, Gömrük Birliyi, nə bilim, Çukotka Aşiqləri Federasiyası tipli səfeh-süfeh qurumlar qayırıb içinə zorla soxmaq istədiyi dövlətlər sırasında Braziliyadan Azərbaycana, Fil Dişi Sahilindən Yunanıstana qədər hər cür əcaib-qəraib dövlətlər var idi. Jirinovski tipli istənilən psixiatriya klinikasında təcrübə üçün bəzək olacaq birisi özünü BMT baş katibi kimi aparırdı, başqa dövlətlərə, xalqlara məsləhət verirdi.
İndi maliyyə sanksiyaları təsirini göstərir, Rusiyanın pulu, var-dövləti azalır, dillər qısalır. Qərbdə onu da başa düşürlər ki, belə ayı-rejimlərin dilini birdən-birdən, tam kəsmək də təhlükəlidir, çünki lal olanda bunlar əl-ayaqla danışmağa başlayır, köntöy hərəkətlərlə həm özlərini, həm ətrafı dağıdırlar. Pişim-pişimin səbəbi budur. Ancaq elə indiki halda da Rusiya gələcəyi olmayan, ümidsiz bir dövlətə çevrilir, hər gün onun hökumət nümayəndələri “Filan milyard itirdik” tipində açıqlamalar verməkdədir. Necə deyərlər, “Yemə kasıbın malını, Qusarsan ahəstə-ahəstə”.
Gürcüstan, Moldova, Azərbaycan, Ukrayna kimi yetim-yesirə qol gücünü göstərməklə deyildi ki... İndi buyur, divlərlə kəllələş.
Şübhə eləmirəm, sanksiyalar bir az davam eləsə ruslar yenidən “Biz Əfqanıstana niyə girdik, gəlin çıxaq” düşüncəsinə qayıdacaqlar. Hərçənd, indiki “Əfqanıstan” pis yerdədir - düz Moskvanın ağzının içindədir. Geriyə yol yoxdur, “arxada Moskvadır”.
Nə isə, biz Rusiyanın dərdini çəkməyək, bizim öz dərdimiz özümüzə bəsdir. Bənzər ritorika yapistlərdə də hiss olunur. Rusiyaya maliyyə sanksiyaları, onun nəticələri istər-istəməz Azərbaycana ciddi təsir göstərir, rejimin ağzına çullu dovşan sığışmayan təbliğatçı yaltaqları leksikonu dəyişməyə məcbur olurlar. Ən son tipik örnək deputatxanada dövlət büdcəsinin müzakirələrinə aiddir.
Orda hansısa yapist (adını dəqiqləşdirib yazmağa qəti həvəsim yoxdur, boz məxluqların adını oxumağa yəqin heç hörmətli oxucular da həvəsli deyil - sürüdə fərqlənmə nişanının nə önəmi) deyib ki, bizim indiki büdcə təmkinli büdcədir. Neyləsin yazıq? Açıq deyə bilmir axı neftin qiyməti düşür, büdcəni gələn il nə ilə dolduracağımızı bilmirik, kisədən yeməyə, oğurlayıb dünya zibilliklərində gizlətdiyimiz neft pendiri qırıntılarını çıxartmağa məcburuq.
Eh keçən günlər... Halbuki vaxt var idi bu büdcə yaltaqları onu yalan olmasın, Amerikanın büdcəsi ilə müqayisə edərdilər. Deyərdilər büdcəmizin analoqu yoxdur. Büdcəmiz qabağına çıxanı döyər. Büdcəmiz hamıdan güclüdür, turnikdə 20 dəfə çəkilir. Büdcəmiz dünyada ən uzun büdcədir və sairə. İndi təmkinli olmuşdur. Vay-vay... Acınacaqlı haldır. Həm də elə bil çox qısa müddətə təmkinli oldu, hələ neçə nəfər əngi əziləsi, tutulub Kürdəxanıya salınası zəhmətkeş varkən...
Ancaq təmkinli olana qədər, dəliqanlı vaxtlarından büdcəmizdən vətənə xeyli gözəlliklər qalmışdır. Misal üçün, Soğanverdilər-Gülbadamlı-Bulvarqoyanlı kənd yolu təmir edildi. Ən uzun dirəyimiz var, təmkinlə qucaqlayıb sarmaşa bilərik. Hətta təmkin moduna girməyə az qalmış imkan eləyib bir vertolyot da vurduq, bu da qənimətdir, necə deyərlər, “bir tük”...
Ümid edirəm redaksiya rəhbərliyi bizim qonorarlar məsələsinə də bir qədər diqqətlə yanaşar, yoxsa mən də növbəti yazılarımı çox təmkinlə yaza bilərəm.
26.11.2014, 06:27
492 baxış
Zamin Hacı
Təmkinli büdcə haqda