Bu günə qədər İran rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Qarabağ probleminin həlli məsələsində sülh yolunun tərəfdarıdır. Açığını desək, dünyanın az qala bütün dövlətləri bu şəkildə bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyiblər.
Ancaq hadisələrin gedişi onu göstərir ki, digər dövlətlər kimi İran rəsmilərinin dilindən səslənən “biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, biz konfliktin sülh və dinc yolla nizamlanmasının tərəfdarıyıq” kimi bəyanatlar doqmatik xarakter daşıyır.
Qarabağ məsələsində İranın da mövqeyi önəmlidir. Regionun aparıcı dövlətlərindən sayılan İran bölgədəki münaqişələrə biganə qalmamaqda maraqlı olduğunu da bildirib. Ancaq məsələnin hansı formada həllinə tərəfdar olması İranın açıqlamadığı məqamlardandır. Azərbaycanın işğal olunmuş əraziləri Ermənistanın işğalı altında qalmalıdırmı, yoxsa Ermənistan bu əraziləri qeyd-şərtsiz azad etməlidir? İranın bu məqamda istəyi bəlli deyil.
Ona görə də belə hesab etmək olar ki, regiondakı münaqişələrin həllinin vacibliyi görünür, İranın özünün siyasi maraq dairəsinə daxil deyil.
İndi isə bir anlıq Azərbaycan ərazilərini işğal edən Ermənistanın İranla iqtisadi əlaqələrinə diqqət edək.
Təkcə 2013-cü il ərzində Eermənistanın İranla ticarət dövriyyəsinin həcmi 380 milyon dollar təşkil edib. İqtisadi əlaqələrin inkişafı blokadada olan və böhran içində yaşayan Ermənistan üçün isə böyük ümid yerlərindən biridir. Əgər İran işğalçılıq siyasətinə haqq qazandırmırsa və “Xomeynizm” siyasi məntiqi ilə müsəlman dövlətlərini özünə dost hesab edirsə, niyə Ermənistana sanksiyalar tətbiq etməkdən çəkinir?
Burada Türkiyə amili də nəzərdən qaçmamalıdır. Təbii ki, rəsmi Ankara İrandan fərqli olaraq problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daha çox istəyir.
21.04.2014, 10:14
769 baxış
TURAN
İranın Qarabağ siyasəti - DƏYİŞƏN NƏDİR?