Medianews.az
Ayan 25 yaşını qeyd edir- “Düşmənlərimdən üzr istəyirəm...”
1,608 baxış

Ayan 25 yaşını qeyd edir- “Düşmənlərimdən üzr istəyirəm...”

862023 Yenicə ana olan müğənni Ayan Babakişiyeva bu gün 25 yaşına qədəm basır.  "Qafqazinfo" xəbər verir ki, o,  Aktual.az-a təəssüratlarını bölüşüb: “Çox gözəl əhval-ruhiyyədəyəm, dostlarım mənə sürpriz edib məclis təşkil edirlər. Doğum günü məclisi iki ayrı məkanda olacaq. Digər doğum günü partisi gecədən səhərə qədər davam edəcək. Dostlarım o qədər çoxdur ki, iki məclis keçirmək məcburiyyətində qaldıq”. Müğənninin hazırda Türkiyədə çalışan qardaşı da yanında olacaq: “Bilirsiniz ki qardaşım Samirlə əkizik, eyni gündə doğulmuşuq. O da Türkiyədən buraya, mənim yanıma gəlib. Hamılıqla əylənəcəyik” Ayan Babakişiyevanın sonda “üzrxahlıq” etməyi də unutmayıb: “Düşmənlərimdən üzr istəyirəm, onları hələ çox intizarda saxlamalı olacağam. Bilirəm, səbirsizliklə mənim yıxılmağımı gözləyirlər. Amma inciməsinlər, məndə həyat yaxşıdan lap yaxşıya doğru davam edir” http://s43.radikal.ru/i101/1404/ae/8dfd76c7ed85.jpg http://s43.radikal.ru/i099/1404/37/ffc6aaa2a429.jpg http://s019.radikal.ru/i606/1404/f6/69a91e561659.jpg http://s019.radikal.ru/i616/1404/43/91e1138654b0.jpg http://s020.radikal.ru/i723/1404/b0/1fe8f46fc3cf.jpg http://s019.radikal.ru/i603/1404/ed/ceb5503f5574.jpg http://s019.radikal.ru/i627/1404/b5/5973ae76b09e.jpg

Bizə qoşulun