Bayramlarınbir yaxşı tərəfi də var ki, uzun müddət görmədiyin qohum-əqrəbanı görürsən,hal-əhval tutursan, vəziyyətləri ilə maraqlanırsan, həyatlarındakı yenilikləriöyrənirsən. Məsələn, xəbər tutursan ki, abituriyentlər sınaq imtahanlarındanecə nəticə göstərib, tələbələr qış sessiyasından necə çıxıblar, məzunlar iştapıbmı, işləyənlərin maaşı artıbmı və s.
Bu dəfəkibayramlaşma prosesindəki hal-əhval tutma prosedurunda mənə maraqlı gələn məqamiki il öncə texniki universitetlərdən birini fərqlənə-fərqlənə bitirmiş, ötənil əsgərliyini çəkib gəlmiş, sir-sifət və boy-buxunundan “Real” (Madrid) komandasınınqapıçısı İker Kasilyasın bənzəri olan bir qohumumun dövlət qulluğuna daxilolmaq üçün verdiyi imtahan oldu.
Gənc çoxsavadlıdır, yerin altını da, üstünü də bilməyə can atan, bildiyinə əmin olduğuməsələlərə dair mübahisə etməyi sevən, hər gün mütləq nəsə oxuyan, öz üzərindəçalışan məzunlardandır. Ona görə də o, Əmlak Məsələləri üzrə Dövlət Komitəsininélan etdiyi müsabiqədə imtahana qatılıb. O, imtahandan müvəffəq çıxsa, dövlətəmlakının hərraca çıxarılması ilə məşğul olacaq məmur yeri tuta bilərmiş.
Kasilyasınoxşarı 100 ballıq imtahandan 83-nü toplayaraq maksimum nəticə göstərib. Onunrəqibləri, necə deyərlər, yarıyolda qalıblar, ələniblər. Gənc ikinci turakeçib, burada da 16 sualın 13-nə cavab verib, amma bu qaneedici olmayıb. Onadeyiblər ki, dövlət məmuru olmaq üçün əsas suala cavab verməmisən. Həmin sualda belədir: “1988-ci ildə Azərbaycan Kommunist Partiyasının Dağlıq QarabağMuxtar Vilayətinin partiya komitəsinin ikinci katibi kim olub?”
O, bu sualımənə verəndə və “əmi, bu sualın cavabını bilirsənmi” deyə soruşanda, düzü,çaşıb qaldım. DQMV-in 26 il öncəki birinci katibinin Gevorkov olduğu ağlımınbir ucunda qalmışdı, amma ikinci katibin, o cümlədən vilayət prokurorunun,milis rəisinin kimliklərini bilmirdim. Əlbəttə, bu qədər vacib məlumatıbilməmək ayıb işdir və özümə söz vermişəm ki, yaxın günlərdə bu boşluğudolduracam, hətta Gevorkovun katibəsinin, sürücüsünün də kim olduğunuöyrənəcəm. Bəlkə də nə vaxtsa lazım olar, kim bilir.
Azərbaycanməmurları hər şeyi bilməlidirlər. Güman ki, hərrac işinə baxanlar 26 il öncəNaxçıvan MSSR-in rəhbər strukturunda çalışanlar barədə müfəssəl məlumata malikdirlər.Bunsuz olmaz.
Bizim birtanışımız vardı, o, sovet dönəmində respublikanın rayonlarında işləyənraykomların hamısı barədə məlumatlı idi, hətta hansı birinci katibin indiişlədiyi rayona hansı rayondan gəldiyi, kimin bundan qabaq hansı vəzifədə çalışdığınıda bilirdi. Hərçənd bu bilgilər ona heç vaxt lazım olmadı. Adam sadəcə, bunları“Kommunist” qəzetində çıxan kiçik informasiyalardan öyrənir və yadındasaxlayırdı, yalnız bu xüsusda tay-tuşları ilə söhbət düşəndə “yox, oAğcabədidən qabaq Xanlarda ispolkom olub” deyə düzəlişlər verərkən işinəyarayırdı.
Bu baxımdan26 il öncə DQMV-in partiya komitəsinin ikinci katibinin kim olmasını bilməyingələcək hərrac məmurunun işinə necə yaraya biləcəyini bilmirəm.
Heç demə,bu son hədd deyilmiş. “İker” bu sualın cavabını bilsə də, işə götürülməyəbilərmiş. Çünki komitənin əsasnaməsində belə bir müddəa var ki, komitə sədrionu işə qəbul etməyə bilər. Belədirsə, daha təşər-təşər niyə müsabiqə élanedirsən?
Mən bugəncə qısa şəkildə bir lətifə danışdım. O lətifə belədir: Qəzaya uğrayasıtəyyarədə 10-15 adam uçurmuş, paraşüt də az imiş. Komandir deyir, paraşütlərimüsabiqə yolu ilə paylayacam. O başlayır sərnişinlər sual verməyə. BirindənABŞ-ın, birindən Rusiyanın, başqa birindən İngiltərənin, Fransanın, İtaliyanınpaytaxtlarını soruşur, düzgün cavab alır və onlara paraşüt verir. Növbə birinəçatanda kapitan “Madaqaskarın paytaxtı hansı şəhərdir” deyə soruşur. Adamfikirləşir və deyir: “Ta denən, sənə paraşüt vermirəm də”.
İndi onunsözü olmasın, dövlət komitəsi ikinci katibin kim olduğu barədə sual qoyunca,gərək gənc məzuna deyəydi ki, qaqaş, sənə paraşüt düşmür.
24.03.2014, 07:29
783 baxış
Samir Sarı
“DQMV-in ikinci katibi kim olub?”