Medianews.az
Krım Tatarlarının lideri Mustafa Cəmilev Azərbaycan Prezidentinə müraciət etdi
1,559 baxış

Krım Tatarlarının lideri Mustafa Cəmilev Azərbaycan Prezidentinə müraciət etdi

Mustafa_Cemilev1 Krım Tatarlarının lideri Mustafa Cəmilev Azərbaycan, Türkiyə və Kazaxstan Prezidentlərinə müraciət edib. Müraciətdə deyilir: "Bizim xalqımız öz yurdlarından artıq bir dəfə qovulub. Biz bu faciəni təkrar yaşamaq istəmirik. Ona görə də biz kömək üçün Azərbaycan, Türkiyə və Kazaxstan Prezidentlərinə müraciət edirik. Krımlı qardaş və bacılarınızı bu çətin anda yalnız qoymayın. Rusiyanın tərkibində bizi yenə də represiyalar və təqiblər gözlədiyini bilirik. Krım tatarları heç vaxt Rusiya tərkibində yaşamayacaqlar. Biz öz hüquqlarımız uğrunda bütün mümkün vasitələrnən mübarizə aparacağıq" Mustafa Cəmilev Krım Tatarlarının lideri, Krım Tatarları Məclisinin sabiq sədri, Ukrayna Xalq Deputatı Mustafa_Jemil

Bizə qoşulun