Medianews.az
Avropalılar və ərəblər arasında DAVA:
132 baxış

Avropalılar və ərəblər arasında DAVA: hamilə qadın yaralandı – VİDEO + FOTO

Taylandda ərəb və avropalı turistlər arasında dava düşüb. Hadisədə hamilə qadın yaralanıb.

Medianews.az xəbər verir ki, insindent 14 dekabrda, Pattaya şəhərində motosiklet qəzası səbəbindən baş verib.

30-35 yaşlarında olan avropalı və ərəb səyahətçiləri motosikletlə hərəkət edərkən toqquşublar. Bir neçə kişi yolda dava etməyə başlayıb. Yayımlanan görüntülərdə dörd əcnəbinin bir-birini döydüyü, onlardan birinin isə bir qadını itələdiyi görünür.

Nəticədə, hadisə zamanı kişiləri saxlamağa çalışan hamilə əcnəbi qadın xəsarət alıb. Xilasedicilər hadisə yerində ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparıblar.

Münaqişədə iştirak edən bütün şəxslər saxlanılıb.

Medianews.az

Bizə qoşulun