24.07.2025, 08:35
188 baxış
Lamiyə
Polisdən qaçan oğru pəncərədə ilişib qalıb - VİDEO
Polisdən qaçarkən pəncərədə ilişib qalan oğru kameralara düşüb.
Medianews.az xəbər verir ki, hadisə İngiltərədə baş verib.
Polis pilotsuz uçan aparatlardan istifadə edərək, bir dəstənin izinə düşüb.
Altı cinayətkar narkotik alverçilərini soymağı planlaşdırırdılar, lakin cinayət başında saxlanılıblar.
Oğrulardan biri kiçik pəncərədən qaçmaq qərarına gəlib. Kişi küçəyə çıxmağa çalışıb və başıaşağı ilişib qalıb. Polis onu pəncərədən çıxarıb. O, müqavimət göstərərək biləyini sındırıb. Bütün dəstə həbsxanaya göndərilib.
Medianews.az