Medianews.az
"Səhərə qədər kişilərin içində oxuyuram ki...” - <span style=color:red>Fədayə Laçın əsəbləşdi - FOTO
250 baxış

"Səhərə qədər kişilərin içində oxuyuram ki...” - Fədayə Laçın əsəbləşdi - FOTO

“Sənətlə milyoner olmaq olmur. Sənəti olanlar həmişə çətin yaşayıblar, həmişə onların yollarını kəsiblər. Hələ bir sənəti ola, üstəlik də gözəlliyi ola, üstəlik də bu boyda hörməti olan insana əlbəttə ki, paxıllıq edəcəklər, yollarını kəsəcəklər. Mən hər bir halıma şükür etmişəm. Heç bir halımdan da çəkinməmişəm, utanmamışam. Soruşanda ki, evin var? Demişəm ki, yox, kirayədə qalıram. Daha gedib kiminsə bahalı villasında çəkiliş edib, kiminsə maşınını sürüb, özümünküdür deyə təqdim etməmişəm. Bu yalandır". Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra xanım müğənnilərin kişi məclislərində oxumasını tənqid edən xanım həmkarlarından danışıb: “Kişilər adamyeyən deyil. Məni sənətimə görə sevib, sənətimə görə dəvət edirlər. Kişi məclisinə də gedirəm, gecəyarısına qədər də, səhərə qədər də oxuyuram. Tək də gedirəm, cüt də gedirəm, oğlumla da gedə bilərəm. Xüsusən də çox vaxtı tək gedirəm. Tək gedirəm, tək də gəlirəm. Hələ bir hörmətsizlik də görməmişəm. İnsanın özündən asılıdır. Allah hamını xoşbəxt etsin, yarıtsın. Bu onların öz fikridir. Sənət olmayandan sonra əlbəttə ki, çıxıb efirlərdə ağızlarına gələni danışacaqlar. Bir sənəti olanın efirdə ağzına gələni danışdığını görmüsüz? Nadir hallarda belə ola bilər. Sənəti olan, sənəti ilə milyonlar qazana bilməyəndən sonra, sənəti ilə villalarda, bərk gedən maşınlarda ola bilməyəndən sonra keçəcəklər başqa şeylərdən danışmağa. Onların fikrində ancaq budur” deyə müğənni bildirib. Fədayə Laçın bu günlərdə paylaşım etdiyi “7 il üstümdə gəzdirdiyim duanı tərcümə etdirdim, gördüm ki, İran sabun şirkətinin reklamı imiş” sözlərinə də aydınlıq gətirib: “Bu mənim sözlərim deyil. Mənim çox hörmət bəslədiyim Rəşid doktorun dilindən çıxan sözlər idi. Mən də onu gülmək üçün, öz şəkilimi qoyub, üstündə paylaşdım. Fotonun altında isə bu sözlərin Rəşid Mahmudova aid olduğunu qeyd etmişdim. Mən caduya, molla duasına falan inanmamışam. Belə şeylər hərləmirəm (gülür). Bütün sosial şəbəkələrdə bunu mənim sözlərim kimi paylaşmışdılar. Bunu paylaşıb, müəllifi kimi məni qeyd edənlərə demək istəyirəm ki, yalançının var-yoxuna lənət ki, o mənim sözlərimdir (gülür). Lənətlə yaxşı qurtardılar” deyə müğənni bildirib.

Bizə qoşulun