09.03.2025, 13:23
140 baxış
Azad
Naməlum əşyalara toxunmayın - Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Medianews.az xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilib: "Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin. Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”.