18.02.2025, 08:02
149 baxış
Lamiyə
Türkiyədə şagirdləri daşıyan mikroavtobus kanala AŞDI
Türkiyənin Ərzincan şəhərində şagirdləri daşıyan mikroavtobus suvarma kanalına aşıb.
Medianews.az “TRT haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 10-u şagird olmaqla 11 nəfər xəsarət alıb.
Mikroavtobus Erzincan – Çağlayan şosesində hərəkətdə olarkən döngəni düzgün hesablamayaraq suvarma kanalına düşüb.
Qəzanı görən insanlar hadisə yerinə jandarm və təcili tibbi yardım briqadalarını çağırıblar.
Qəzada xəsarət alan sürücü və mikroavtobusdakı 10 şagird xəstəxanaya aparılıb.
Müalicə olunan yaralıların ölüm təhlükəsinin olmadığı öyrənilib.
Medianews.az
Paylaş: