Medianews.az
Avropa silahları Rusiyaya ÖTÜRÜLÜR: <span style=color:red>Ermənistanın İKİLİ OYUNLARI - FOTO
208 baxış

Avropa silahları Rusiyaya ÖTÜRÜLÜR: Ermənistanın İKİLİ OYUNLARI - FOTO

Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Ermənistana silah tədarükü əhəmiyyətli dərəcədə artıb. “The İnsider” yazır ki, İtaliyadan Ermənistana atıcı silahların ixracı 2019-cu ildəki 68 ədəddən 2023-cü ildə 1 862 ədədə yüksəlib. Bu, Avrasiya İqtisadi İttifaqı ölkələrinə, o cümlədən Ermənistana ixracı məhdudlaşdıran sanksiyalardakı boşluqlar sayəsində mümkün olub. İttifaq ölkələrindən birində verilən icazələr onun bütün üzvlərinin ərazisində etibarlıdır ki, bu da silahların Rusiyaya daxil olmasına imkan verir. Bu silahların bəziləri Rusiya snayperləri tərəfindən Ukraynaya qarşı müharibədə istifadə edilib. Məlumata görə, üç il ərzində region ölkələrinə silah tədarükünün ümumi həcmi 2,5 dəfə artıb. Bu faktın özü də sübut edir ki, Ermənistan Rusiya iqtisadi əlaqələrinin, ümumi dövriyyənin mühüm hissəsini silah-sursat alqı-satqısı, tədarükü təşkil edir. Yəni, Rusiya ehtiyac duyduğu silahları Ermənistan vasitəsilə üçüncü ölkədən, xüsusən Qərb dövlətlərindən alır, aradınca həmin silahları Ukrayna cəbhəsində elə Qərb koalisiyasına qarşı istifadə edir. Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, bu tərz məlumatlara hər zaman ehtiyatla yanaşır. O qeyd edib ki, mediaya sızdırılan məlumatlar bir çox hallarda həqiqəti əks etdirmir: “Konkret bu məlumatı mən şübhə altına almaq istəmirəm. Amma eyni zamanda ona güvənmək fikirim də yoxdur. Qaldı silah alqı-satqı məsələsinə, bu, birinci fakt deyil. Qərb texnologiyaları, xüsusilə də hərbi texnologiyaları və yaxud onların hansısa elementləri Ukraynaya qarşı istifadə olunan Rusiya silahlarında bundan əvvəl də dəfələrlə tapılıb. O cümlədən sanksiyalara rəğmən, ABŞ-də istehsal olunmuş çiplər Rusiyanın Ukraynaya atdığı raketlərdə tapılıb. Bu barədə faktlar, cinayət araşdırmaları, hətta bildiyim qədər ABŞ-də həbs olunanlar var. Məsələ burasındadır ki, sanksiyaların tətbiqi onların reallaşdırma mexanizimlərinə təminat vermir. Yəni, Rusiyaya və onunla müttəfiq dövlətlərə qarşı o qədər sanksiyalar tətbiq olunub ki, onların hamsına nəzarət etmək, həyata keçirilməsini izləmək fiziki baxımdan qeyri-mümkündür. Əgər Ermənistana verilmiş silahların Rusiyanın əlinə düşdüyü faktı sübuta yetirilərsə, təbii ki, məntiqlə elə İrəvanın özünə də sanksiyalar tətbiq olunmalıdır. Amma olunacaqmı, bunu deyə bilmərəm. Nəyə görə deyə bilmərəm, ona görə ki, belə hallarda əsasən hansısa vasitəçi şirkətləri cəzalandırırlar. Adətən dövlətlərə qarşı deyil, elə məhz həmin şirkətlərə qarşı müəyyən addımlar atılır”. Politoloq vurğulayıb ki, Azərbaycanın Qərblə münasibətlərinin korlanması və digər səbəblərdən bu gün Qərb-Ermənistan əlaqələri inkişaf mərhələsindədir: “Belə bir fonda, təbii ki, müəyyən şeylərə göz yumacaqlar. Mən bunu istisna etmirəm. Amma Ukrayna tərəf ciddi tələblər irəli sürərsə, şübhəsiz ki, bu, Ermənistan dövlətinə qarşı sanksiyaların və yaxud da ona silah satışına qadağanın tətbiqinə də gətirib çıxara bilər. Mümkündür, demirəm bu olacaqdır. Qeyd etdiyim kimi, Ermənistana münasibət fərqlidir, hər zaman da belə olub. Bunu reallıq kimi anlamalıyıq, demirəm qəbul etməliyik. Azərbaycan bu istiqamətdə iş aparmalı, faktlar, sübutlar ortaya qoymalıdır ki, biz həmin əlaqələrin kəsilməsinə nail olaq. Məsələ burasındadır ki, silahların ötürülməsi dövlət səviyyəsində olmaya bilər. Nəzarətsizlikdən də ola bilər. Ermənistanda bu sahədə vəziyyət çox acınacaqlıdır. Çünki Ermənistan ordusu Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatının üzvü olaraq bu gün də qalmaqdadır. Oradakı Rusiya şəbəkəsi qat-qat nüfuzlu və təsirlidir. Burada səbəbkarın axtarılıb tapılması məsələri var. Təbii ki, İrəvandan Qərb bunu tələb edə bilər. Araşdırılar ki, Ermənistan dövləti bu işdə iştirak edib, ya yox. Etməyibsə, o zaman rəsmi İrəvan bunun iştirakçılarını tapıb cəzalandırmalıdır”. Nailə QASIMOVA

Bizə qoşulun