02.10.2024, 11:51
126 baxış
Nailə
Bu ölkədə güclü yağış səbəbindən karantina elan edildi-FOTO
Krathon tayfunu güclü yağışa səbəb olduğu üçün Tayvanda karantin elan edilib.
Medianews.az yerli mediaya istinadən xəbər verir ki, tayfun səbəbində bir nəfərin öldüyü bildirilərkən, adanın cənubunda güclü yağışlar yağıb.
Qaosyun şəhər səlahiyyətlilər insanları evdə qalmağa, dənizdən, çaylardan və dağlardan uzaq durmağa çağırıb. 1977-ci ildə 37 nəfərin ölümünə səbəb olan və 2,7 milyon əhalisi olan şəhəri viran qoyan Thelma tayfunun təkrarlanacağı barədə xəbərdarlıq edib.
Sinoptiklər bildiriblər ki, tayfun zəifləsə də, fırtınanın artması, güclü külək və yağış təhlükəsi qalmaqdadır və tayfun yavaş-yavaş Tayvan sahillərinə doğru irəliləyir.
Çərşənbə günü adanın bütün şəhər və qəsəbələrində tətil elan edilib, maliyyə bazarları bağlanıb, 246 beynəlxalq, eləcə də daxili reyslər ləğv edilib. Əsasən cənub və şərqdə 10 mindən çox insan təxliyə edilib.