Medianews.az
Yunanıstandan ABŞ-a F-35 məktubu
72 baxış

Yunanıstandan ABŞ-a F-35 məktubu

Yunanıstan mətbuatında yer alan xəbərdə Yunanıstanın bir neçə saat əvvəl 20-si qəti, 20-si şərti olmaqla 40 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün tələb məktubu imzalayaraq, göndərdiyi bildirilib. Medianews.az xəbər verir ki, yaxın günlərdə Yunanıstan Müdafiə Nazirliyinin rəsmilərinin ABŞ-a səfər edərək, satınalma prosesini sürətləndirməsinin gözlənildiyi bildirilib. Yunanıstanın ABŞ-dan F-35 təyyarəsi almaq istəyi ilə bağlı xəbərlərə hökumət mənbələri belə reaksiya veriblər: “Bu, Müdafiə Nazirliyinin məsələsidir və uzun müddətdir davam edən bir prosesdir. Bu, sorğu məktubunun imzalanması və göndərilməsi uzun bir prosesin ilk addımıdır”. Leyla, Medianews.az  

Bizə qoşulun