Mərkəzi Bankın şefi Elman müəllim deputatxanada 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, gələn il çox mürəkkəb olacaq, ancaq qorxusu yoxdur, biz 90-cı illərdə daha pis günlər görmüşük.
Bunu 90-cı illərə doğru, geriyə qayıdışın anonsu saymaq olar. Əslində bu proses neftin qiyməti düşəndən - azı iki ildir gedir. Manatın ölməsi, devalvasiya, inflyasiya... Ən pisi isə yapistlərin bu durumda hansısa planlarının yoxluğudur. Nə iqtisadi, nə siyasi baxımdan Azərbaycanın gələcəyi aydın deyil. Bir növ, avtobusu dərə aşağı buraxıblar, sükan idarəetmədən məhrum, benzin qurtarıb, əyləc sistemi xarab... Harda qırılar-qırılar - dövlət adlanan mexanizmimizin məntiqi yalnız budur.
Prinsipcə, hökuməti də çox qınamaq olmur, çünki onları islahata, yaxşılığa məcbur edəcək heç bir struktur, qüvvə gözə dəymir. O zaman niyə yaxşılıq etsinlər ki? Yaxşılıq etmək çətindir - gərək bunun üçün baş işlədəsən, plan cızasan, resurs tapasan və sairə. Pislik isə ən asan işdir. Özünüz də bunu dar çərçivədə yoxlaya bilərsiniz. Misal üçün, hesab edin, küçədə bir insanla üz-üzə gəlirsiniz. Ona yaxşılıq etmək istəsəniz burada müəyyən baryerlər yaranır. Öncə adamı saxlayıb onun nəyə ehtiyacı olduğunu öyrənməlisiniz.
Bunu deməyə də bilər - əgər utancaqdırsa. Ehtiyacını desə, onu həll etməyə, qarşılamağa yetərli gücünüz, imkanınız olmaya bilər. Ancaq ona pislik üçün uzun düşünməyə ehtiyac yoxdur - yaxına çatanda qarnına bir təpik vur, qaç! Ya da üzünə tüpür. Söy. Nə bilim, yerdən daş götür təpəsinə çırp. Və sairə. Gördüyünüz kimi, yaxşılıq pislikdən çətindir. Bizi idarə edənlər də bu prinsiplə davranırlar.
Tarif Şurası qiymətləri guya diferensasiya elədiyini söylədi. Bu qəliz latın sözünün açması “fərqli, müxtəlif” deməkdir. Guya indi biz işıq, qaz-zad pulunu fərqli qiymətlə ödəyəcəyik - kasıb və qənaətcil adam az pul verəcək, varlı və harın isə çox. Bunun həyasız yalan olduğunu elementar riyazi hesablama bacaran hər kəs dərhal anladı, o üzdən ölkə boyunca narazılıq nidaları göyə bülənd oldu. Ancaq hökumət də yaxşı bilir ki, bu donquldanmalar heç bir hərəkətə gətirməyəcək, uzağı, millət çətin yaşayışa dözməyib intihar edəcək.
Bu, neçə ilin sınağından çıxmış qarşılıqlı münasibətlər formuludur: onlardan təzyiq, bizdən intihar. Müxtəlifliyimiz, nə təhər deyirlər: diferensiyamız budur. Yeri gəlmişkən, bu diferensasiyadan iki ay qabaq konstitusiyanı da diferensasiya eləmişdilər və indi Azərbaycanın ana qanunu hərəyə bir döşündən süd verməkdədir. Millətə düşən məmə quruyub, iqtidar üçün olan isə fontan verir.
Akif Çovdarov tutulanda MTN-də onun soyduğu 63 adamın adı ortaya çıxmışdı, yanılmıramsa istintaq sənədlərində də o qədər şikayətçi vardı. İndi özünüz düşünün, bu 63 nəfəri uzun illər qışqırdıb soyublar, ancaq heç 3 nəfərin səsi eşidilməyib. Müti şəkildə hamı aparıb “dolyasını” ödəyibdir. Üç deyil, beş deyil, on beş deyil e. Bu qədər insanı bir neçə quldur soyursa, nədən bunların birinin səsi millət, hökumət qarşısında vaxtında eşidilməyib? Belə ərazidə Tarif Şurası işlətməyə nə var? Haçan istəsən, harda istəsən, kimi istəsən tut, qışqırda-qışqırda qulağını kəs.
Kərə yağı ala bilməyəcək, marqarin yeyəcək. O da olmasın, cəhənnəmə ki, pambıq yağında bişirərik. Nəyi? Kartofu. Ev yoxdur, çadırda yaşayarıq. İstilik olmaz, yorğana bürünərik. Romantika. Necə deyərlər, dədə-babamız qaz görmüşdümü, bəlkə kombi işlədirdi? Azərbaycançı olmalıyıq, soy-kökümüzə qayıtmalıyıq. Elman müəllim hələ pessimist danışıb. Məndən olsa azıxantropun mağarada yaşadığı vaxtlardan misal çəkərdim.
Bir sual çıxa bilər ki, nədən ötrü, nəyin bahasına və niyə əzab çəkməliyik? Ancaq bu sual bu ortamda heç vaxt çıxmayacaq. Çünki sual vermək Şərqdə, bizdə, müsəlman aləmində həmişə bir qədər də tərbiyəsizlik, böyüyə, rəhbərə hörmətsizlik kimi qəbul olunubdur. Sual verməkdənsə körpüyə çıxıb intihar eləmək yaxşıdır.
İntəhası, deyir körpünü də diferensasiya eləyiblər. Eybi yoxdur, metroda qatarın altı var. Tarif Şurasına minnətdarıq, hələlik metro pulunu qaldırmayıblar - girmək olur. Hələ orda da baxırsan diferensial adamlar var. Birinin öz kartı var, başqası kartı olana 20 qəpik verib deyir, xahiş edirəm, məni də keçir, bizim hamımızın bir vətəni var, bu, Azərbaycandır, üçüncüsü turniketdən hoppanır...
01.12.2016, 06:31
284 baxış
Zamin Hacı
Diferensial intihar