Medianews.az
İmişlidə 16 yaşlı qızın nişanlanmasının qarşısı necə alındı?
274 baxış

İmişlidə 16 yaşlı qızın nişanlanmasının qarşısı necə alındı?

İmişli rayonunda polis 16 yaşlı qızın nişan mərasiminin qarşısını alıb.

Bu barədə Medianews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Bizə qoşulun