Medianews.az
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Afrikda uşaqlar aclıqdan görün nə yerirlər -
106 baxış

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Afrikda uşaqlar aclıqdan görün nə yerirlər - VİDEO

Uqandada çəkilmiş və sosial mediada sürətlə yayılan video dünya ictimaiyyətində dərin narahatlıq doğurub.

Medianews.az xəbər verir ki, görüntülərdə aclıqla mübarizə aparan uşaqların yüksək zülal tərkibinə görə termit həşəratlarını yediyi əks olunub.

Mütəxəssislərin sözlərinə görə, termitlər ətdəki zülal miqdarının təxminən ikiqatını ehtiva edir. Uşaqların bu həşəratlarla qidalanması isə bölgədəki aclığın və yoxsulluğun nə qədər ciddi olduğunu göstərir.

Kadrlarda uşaqların bu həşəratları gülümsəyərək yediyi anlar izləyiciləri həm kədərləndirib, həm də qəzəbləndirib. 

İzləyicilər bu görüntülərin dünya miqyasında aclığa və sosial ədalətsizliyə diqqət çəkməli olduğunu vurğulayıblar.

Sözügedən görüntüləri təqdim edirik.

Medianews.az

Bizə qoşulun