Medianews.az
Ukrayna müharibəsi Venesuelaya sıçradı -
688 baxış

Ukrayna müharibəsi Venesuelaya sıçradı - ABŞ üçün Vyetnam ssenarisi

Venesuela dünyanın ən zəngin ölkələrindən biridir, nefti, qazı, qızılı var. Söz yox ki, sərvətlər ölkəni güclü etməlidir, amma olmur ki, olmur. Çünki belə sərvətlər həm də daim xarici qüvvələrin diqqətini cəlb edir. Hakimiyyətə gələn Huqo Çaves və sonra Nikolas Maduro bu sərvətləri milliləşdirdi, yəni ABŞ şirkətlərinin əlindən alıb dövlətin nəzarətinə verdi. Bununla da ölkənin yolunu sosializmə çevirdilər. Əməlli-başlı siyasi səhnədə bir Çe Gevaraçılıq başladı, adamlar şübhəsiz ki, ən çox Kuba inqilabından ilham aldılar.

Hətta Çaves “bolivarçılıq” adlanan bir ideyanı ortaya atdı. Bu ideyaya görə, Latın Amerikası ölkələrinin birləşməsi, Simon Bolivarın azadlıq xəyalını gerçəkləşdirmək və Amerikanın imperializminə qarşı Venesuelanın mübarizə aparması idi. Amma hazırda sözün bütün mənalarında ölkə Latın Amerikasında ABŞ qarşısında “son qala” kimi dayanıb. Maduro da bu siyasəti davam etdirir. Onun partiyası sosialist yönümlüdür, yəni ki, iki böyük qardaşı – dərhal Çin və Rusiya yada düşür. Çünki Karakasın əsas dəstəkçisi bu iki qlobal gücdür.

Bütün bunlar da təbii ki, ABŞ-ın xoşuna gəlmir.

Bu günlərdə Tramp ABŞ Müdafiə Nazirliyinin adını ironik olaraq “Müharibə Nazirliyi” kimi təqdim etdi. Venesuela sahillərinə “narkotrafiklə mübarizə” bəhanəsi ilə əsgərlərlə dolu hərbi gəmilər göndərir. Ardınca ABŞ hərbi prokuroru Maduronun “başı üçün” 50 milyon dollar mükafat vəd edib.

İş o həddə çıxıb ki, Vaşinqton ABŞ vətəndaşlarından ölkəni dərhal tərk etmələrini istədi. Vəziyyətin nə qədər gərgin olduğu aydındır.

Eyni vaxtda Venesuela ilə Rusiya məsləhətləşmələri gücləndi. Sanki böyük güclər bu kiçik ölkə üzərində öz oyunlarını oynayır. Amma sanki niyə?

Ukrayna savaşı fonunda Çin və Rusiya Venesuelada ABŞ üçün ikinci Vyetnam hazırlamağa qərar veriblər. Çünki həm Çin, həm də Rusiya bölgədə qarşıdurma istəyir. Belə olarsa ABŞ Ukraynada müharibə apara bilməyəcək.

ABŞ isə Venesuelanın neft, qaz və qızılına gözünü dikib.

Bu arada Maduro 4.5 milyonluq mülki milis qüvvələri hazırlayıb ki, ABŞ hücumlarına qarşı savaşa girsin.

İndi maraqlı olan nədir?

ABŞ-da istifadə edilən narkotik məhsulların 80 faizindən çoxu Kolumbiyada istehsal edilir.

Xatırladaq ki, Vyetnamda 1963-73-cü illər arasında ABŞ 60 min əsgərini müharibədə itirib.

Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri

Bizə qoşulun