Medianews.az
Sosial şəbəkələrdə "killer" bazarı:
317 baxış

Sosial şəbəkələrdə "killer" bazarı: Qiymətlər cinayətin növünə görə dəyişir

Son dövrlər Türkiyədə bəzi sosial media platformaları cinayət yuvasına çevrilib.

Medianews.az xəbər ki, xüsusi mesajlaşma qruplarında "killerlik" (pul qarşılığında adam öldürmə və s.) üçün danışıqlar aparılır.

Təklif olunan məbləğlər isə cinayətin mahiyyətindən asılı olaraq dəyişir. Məsələn, "10 min lirəyə obyekt yandırmaq", "40 min lirəyə atəş açmaq", "200-300 min lirəyə adam öldürmək" kimi razılaşmalar edilir.

Cinayətkar qruplar fəaliyyətlərini sosial media üzərindən daha rahat təşkil edir. Uşaq və yeniyetmələr bu işlərdə xüsusilə ön plandadır. Çox vaxt motosikletlə həyata keçirilən hücumlarda istifadə olunan gənclər əslində qrupun üzvü belə olmurlar.

Cinayət analitiki Gökhan Turanın sözlərinə görə, sosial mediadan tapılan uşaqlara pullu və lüks həyat vəd edilir. Onlar bu yolla cinayətə cəlb olunur. Qrupların uşaqları seçməsinin əsas səbəblərindən biri də qanunvericilikdəki boşluqlardır. Türk Cinayət Məcəlləsinə görə, uşaq hesab edilən şəxslərə böyüklərlə müqayisədə daha az cəza verilir. Məsələn, 4 il həbs cəzası nəzərdə tutulan bir cinayətə görə uşaq yalnız 1 il cəza alır və bu müddətin də əksər hissəsi icra olunmur.

Medianews.az

Bizə qoşulun