Medianews.az
Rusiya: general-polkovnik hərbi xidmətdən azad edildi
702 baxış

Rusiya: general-polkovnik hərbi xidmətdən azad edildi

Rusiya ordusunun zabiti, general-polkovnik Aleksandr Lapin hərbi xidmətdən azad edilib.

Medianews.az xəbər verir ki, Aleksandr Lapin Ukraynada müharibə başlananadək bir müddət Rusiyanın Suriyadakı hərbi kontingentinin qərargah rəisi olub. 2022-ci ildə Ukraynada total müharibə başlananda o, Rusiya Müdafiə Nazirliyinin Mərkəz Hərbi Dairəsi Qoşunlarının komandanı idi. Rusyanın cəbhədəki uğursuzluqlarına görə kəskin tənqid olunan Aleksandr Lapin 2022-ci ilin noyabrında Mərkəz Hərbi Dairəsi Qoşunlarının komandanı vəzifəsindən çıxarılıb. Az sonra – 2023-cü ilin yanvarında o, Rusiya Quru Qoşunları Baş Qərargahının rəisi təyin edilib. 2024-cü ilin martından isə Leninqrad Hərbi Dairəsinə komandanlıq edib. Bu vəzifəsini 2025-ci ilin avqustunda itirib.

Rusiya mediasının məlumatına görə, artıq hərbi xidmətdən azad edilən Aleksandr Lapin indən belə Rusiyanın Tatarıstan Respublikası rəisinin köməkçisi işləyəcək, əsasən veteranların sosail problemlərinin həlli və gənclərin Ukraynada müharibəyə cəlb edilməsi ilə məşğul olacaq.

Aleksandr Lapin 1964-cü ildə Tatarıstanın paytaxtı Kazanda doğulub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun