Medianews.az
Rusiya Azərbaycandan nə istəyir? -
413 baxış

Rusiya Azərbaycandan nə istəyir? - AÇIQLAMA

“Rusiya Azərbaycanı birbaşa deyil, dolayı yolla hədəf almağa davam edir”. Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Odessada SOCAR-ın neft bazasının və Azərbaycan qazının nəql edildiyi kompressor stansiyasının vurulması Azərbaycana həm xəbərdarlıq, həm də onun iqtisadi maraqlarına zərbə kimi qiymətləndirilməlidir: “Azərbaycanın ixrac neftinin qəflətən çirklənməsi - daha doğrusu, çirkləndirilməsinə də bu kontekstdə yanaşmaq məntiqli olar. Bu, texniki xətadan çox, diversiyaya oxşayır”.

Bəs Rusiya Azərbaycandan nə istəyir?

Şahin Cəfərli sualı belə cavablandırıb: “Çox baş sındırmadan rusiyalı sözçülərin açıqlamalarına nəzər salmaqla bunu müəyyən qədər görmək olur. Rusiya ona nail olmağa çalışır ki, Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının çərçivələri daxilində və bu sənədlə əsası qoyulmuş üçtərəfli formatın içərisində qalsın. Eyni zamanda, Moskva münasibətlərin yenidən 2022-ci il 22 fevral tarixli müttəfiqlik anlaşmasındakı qarşılıqlı öhdəliklərə uyğunlaşdırılmasını gözləyir.

Ukraynadakı həll prosesi fonunda ABŞ və Rusiya arasındakı istiləşmə Azərbaycanın (və təbii ki, Ermənistanda Paşinyan hökumətinin) manevr imkanlarını daralda bilər. Bu istiləşmə davam edərək yaxınlaşmaya çevrilərsə, Zəngəzur yolunu işlədəcək operatorlar sırasına Rusiya şirkəti də əlavə olunsa, ümumən Rusiyanın orada iştirakı hansısa şəkildə təmin edilsə, təəccüblənmək lazım deyil. Putin belə bir xahişlə Trampa müraciət edərsə, cavab yəqin ki, müsbət olacaq”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun