Medianews.az
Rəsmi Bakı Qətərə hücumdan narahatlığını BƏYAN ETDİ
675 baxış

Rəsmi Bakı Qətərə hücumdan narahatlığını BƏYAN ETDİ

Azərbaycanın Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib.

Medianews.az xəbər verir ki, nazirliyin "X" hesabında paylaşılan məlumatda deyilir:

"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".

Medianews.az 

Bizə qoşulun