Medianews.az
Ramiz Rövşən özü haqqında yayılan xəbərlərə münasibət bildirdi
614 baxış

Ramiz Rövşən özü haqqında yayılan xəbərlərə münasibət bildirdi

Xalq şairi Ramiz Rövşən onun səhhətində yaranmış problemlə əlaqədar avqustun 26-sı mediada yayılan xəbərlərə münasibət bildirib.

Xatırladaq ki, xəbərlərdə bir müddətdir Ramiz Rövşənin ayağında problem yarandığı, hərəkət etməsinin çətinləşdiyi, yaxın günlərdə xəstəxanaya üz tutacağı vurğulanıb.

Medianews.az qeyd edir ki, Ramiz Rövşənin bu xəbərlərə münasibətini ictimaiyyətə Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid açıqlayıb.

Avqustun 26-sı günün sonuna yaxın Rəşad Məcid sosial şəbəkədə yazıb: “Ramiz Rövşənlə danışdım. Yaxşıdır. Dedi ki, ayağımdakı ağrılar stabil qalır. Amma səhhətimdə problem yaranması barədə yazılanlar xeyli şişirdilib”.

Medianews.az

Bizə qoşulun